Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:34 | 22 fevral 2018 | Cümə axşamı
Məqaləyə 2070 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley, fevralın 21-də Təhlükəsizlik Şurasında çıxış edərək, Orta Şərq bölgəsində baş verən insani faciələrdən və İranın regional münaqişələrdəki rolundan danışıb.
Haley bildirib ki, İran İslam Respublikası regionda və dünyada terrorizmin əsas himayədarı olaraq qalır: «Təəssüflər olsun ki, bu gün, Orta Şərq regionunda yaşanan əksər problemlərin qaynağı, o cümlədən də Yəmən və Suriyada baş verən insani faciələrin əsas mənşəyi İrandır. İran rejimi, Yəməndəki yaraqlı husilərə ballistik raketlər göndərir, onları digər silah-sursatla təmin edir. Husilər də, İranın onlara verdiyi həmin raketləri öz qonşularına atır. Bu isə, Yəməndə vətəndaş müharibəsinin uzadılmasına, əhali arasında qıtlıq və yoxsulluğa və milyonlarla insanın faciə və müsibətlə üzləşməsinə gətirib çıxarır.
Həmçinin İranın dəstək verdiyi Bəşər Əsəd rejimi, Suriyada yarım milyon insanın ölümü ilə nəticələnən müharibəni davam etdirir və dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə edərək yeni faciələrə yol açır. Bunun da nəticəsi, hazırda milyonlarla Suriya vətəndaşının öz yurdundan didərgin düşərək, qonşu ölkələrə, o sıradan da Türkiyə, İordaniya, Livan və digər ölkələrə səpələnməsidir.
Məhz bunları nəzərə alaraq, bir daha bildirirəm ki, bu gün İran hakimiyyəti, terrorizmin mühüm himayədarı olmaqla yanaşı, həm də yuxarıda sadaladığım Orta Şərqdə baş verən əksər problemlərin əsas qaynağıdır».