vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
Döyüşçü azərbaycanlılar parçalandı 15:43 | 12 fevral 2014 | Çərşənbə Məqaləyə 2005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Döyüşçü azərbaycanlılar parçalandı

Suriyada 700-dən artıq hərbi qruplaşma var

MÖVZU İLƏ ƏLAQƏLİ

Döyüşməyə gedən azərbaycanlılar 700 dən artıq hərbi qruplaşmanın tərkibindədir. Bu qruplaşmaların ən böyüyü «Nusra» və «İşid» qruplaşmalarıdır. Onlar bir-biri ilə mübarizə aparır.

Bu barədə Bakupost.az-a Xəzər universitetinin ilahiyyatçısı Elmin Əliyev bildirib: «Orda öldürülən Azərbaycan vətəndaşları əsasən «Vəhabi», «Sələfi», «Xəvaric» cərəyanının nümayəndələridir. Bunların hamısı eyni cəbhədə deyil. Vəziyyət çox siyasiləşib. Bunların içərisində hərbi qruplaşmalar yaranıb. Ola bilər ki, xəvariclərin və ya digər cərəyanın nümayəndələri müəyyən fərdi siyasi qruplaşmaların içərisində bir-birinə qarşı döyüşür».

E.Əliyev hesab edir ki, Suriyada döyüşən azərbaycanlıların ölüm sayının artmasına səbəb də elə budur.