Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
14:09 | 27 fevral 2018 | Çərşənbə axşamı
Məqaləyə 2140 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
«The Business Insider» saytı yazır ki, Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən hərbi səfərbərçilərdən biri «France 24» kanalına anonim müsahibə verib.
Həmin şəxs bu müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından söz açıb.
«Mənə hər həftə beş-altı yeni səfərbər müraciət edir, - həmin şəxs deyib, - Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər».
O bunu da deyib ki, özünün çalışdığı Yekaterinburq şəhərində hazırda yüzədək vətəndaş muzdlu əsgər kimi Suriyaya getmək istəyir.
Amma onun sözlərinə görə, Amerika qüvvələri fevralın 7-də Suriyanın hökumət qoşunlarının hücum edən önçü dəstələrinə zərbə endirəndən bəri, Rusiya səfərbərləri arasında əhval-ruhiyyə bir qədər dəyişib. Axı bəzi məlumatlara görə zərbəyə məruz qalmış hökumət qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdlusu da həlak olub.
«İndi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar», - rusiyalı səfərbərçi deyib.
Məqalədə deyilir ki, Suriyada müharibəyə yollanan rusiyalı kontraktçıları çox qəddar və təhlükəli şəraitlər gözləyir. Orada onlara biznes və siyasi maraqlara görə qətllər törətmək əmr oluna bilər. Onlar ora yaxşı maaşa görə gedirlər, amma əksəriyyəti bu pulları görməyəcək.
«Əgər özəl şirkətlə hərbi xidmət barədə müqavilə imzalamısansa, deməli, özünü onlara pula satmısan, - anonim rusiyalı deyib, - Şirkət səndən istədiyi kimi istifadə edə bilər. Bəs sən öləndən sonra nə olacaq? Əgər sən tikə-tikə olmusansa, onda necə olsun? Yaxşı halda meyitini evə göndərəcəklər. Pis halda elə orda basdıracaqlar. Əgər sən adamları öldürməklə və ya başqalarının biznes maraqlarını qorumaqla pul qazanmağa hazırsansa, çox gözəl».
Həmin şəxs «France 24» kanalına deyib ki, amerikalıların son aviazərbəsi nəticəsində 210 rus öldürülüb. O deyib ki, rusiyalı muzdluların işini ağırlaşdıran əsas faktor onların havadan Suriya və ya Rusiya aviasiyası tərəfindən dəstəklənməməsidir.
Bəzi məlumatlara görə, fevralın 7-də baş vermiş döyüşdə yüzlərlə rusiyalını onların tank və BTR-ləri qoruya bilməyib.
ABŞ-ın hava zərbələri, artilleriyası və Apache helikopterləri Rusiya muzdlularının külünü göyə sovurub. Bu da deyilir ki, Rusiya muzdlularının antitəyyarə silahları olmayıb. Havadan dəstəkləri olmadan, təyyarə vuran silahlarsız rusiyalı muzdluların Amerika tərəfindən təlimləndirilmiş qüvvələrlə necə döyüşə biləcəyi sual doğurur.
Lakin Rusiya nizami qoşunlarının kifayət qədər aviasiya qüvvəsi ola-ola muzdlu soydaşlarına dəstək verməməsi o demək deyildir ki, onların ABŞ koalisiya qüvvələrinin hücumundan xəbərləri olmayıb.
«Washington Post» qəzetinin ötən həftə yazdığına görə, Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir iş adamı rusiyalı muzdluların da iştirak etdiyi bu hücuma Kremldən icazə alıbmış.
«Reuters» agentliyi bildirir ki, Amerika qüvvələri üzərinə hücum ABŞ-ın reaksiyasını yoxlamaq üçün edilib və göründüyü kimi bu cavab Kremlin gözlədiyindən də sərt olub.
Rusiyanın muzdlu əsgərlərdən istifadə etməsinin bir səbəbi də onun Suriyadakı əsl itkiləri gizlətmək niyyətidir.
Bu hərbi emissar «France 24» kanalına deyib ki, Rusiya səfərbərçilərindən birinin soyuducularında xurd-xəşil olmuş 150-dək muzdlu əsgərin meyiti saxlanır.
O deyib ki, bu meyitləri ailələrinə versələr də, yalnız Rusiyada mart seçkisi keçiriləndən sonra verəcəklər.
«Biz hamımız bunun səbəbini bilirik. Bu ölümləri gizli saxlamaq problem olmamalıdır», - anonim müsahib deyib.