Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
15:20 | 4 mart 2018 | Bazar
Məqaləyə 2105 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
«The Independent» yazır ki, Vladimir Putinin Federal Məclisdə ötən cümə axşamı etdiyi nitq son on ildə hər hansı dünya liderinin etdiyi ən qarşıdurmalı çıxış idi.
O iddia edirdi ki, nüvə silahlarının yeni, «gözəgörünməz» və «proqnozlaşdırılmaz» modifikasiyalarına malikdir.
Putin ölkəsinin ABŞ-la strateji rəqabətini gizlətməyə çalışmırdı. Bir çoxlarının gəldiyi nəticə budur ki, Putin faktiki olaraq yeni Soyuq müharibə elan edib.
Lakin bir çox Qərb ekspertləri Putinin haqqında danışdığı silah proqramının ağlabatan olduğuna şübhə edirlər.
«The Independent» yazır ki, elə buna görə də Kreml prezidentin verdiyi bir çox bəyanatlardan dərhal da geri çəkilib.
Məqalədə deyilir ki, Putinin çıxışı zamanı nümayiş etdiridiyi animasiyalar adamlarda təsəvvür üçün çox az məkan buraxırdı. Bu animasiyalardan birində Rusiyadan qalxan yeni ballistik raket Qərbə doğru qanadlanırdı. Bu cizgi süjetlərindıən belə başa düşmək olardı ki, bu raket Amerikanın antiraket sipərlərinin böyründən sappa-suppa verərək uçur və okeanın o tayında adı çəkilməyən ölkəyə düşür.
Məqalədə deyilir ki, federal millət vəkilləri və başqa aparıcı rəsmilər mətləbi anlamışdlar və hətta bu multiplikasiya raketi hədəfə dəyməzdən əvvəl qımışmağa başlamışdılar.
Amma ötən cümə günü mətbuat üçün ənənəvi brifinqində Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu animasiyanın mənası səhv başa düşülüb. O bildirib ki, bu xəritələrin «real ölkələrlə heç bir əlaqəsi olmayıb».
Putinin çıxışına beynəlxalq reaksiyalar dərhal verilib. Almaniya kansleri Merkel və Amerika prezidenti Donald Trump bu çıxışla bağlı narahatlıq ifadə ediblər.
Amma Peskov deyib ki, beynəlxalq icma çıxışı düzgün başa düşməyib. Onun sözlərinə görə, Putinin nitqi «konfrontasiyalı» olmayıb. Çıxışda sadəcə olaraq Rusiyanın potensial (hələ mövcud olmayan) texnoloji irəliləyişi nümayiş etdirilib.
Peskov deyib ki, yeni silahların təqdimatı bu çıxışı «militarist» ritorika dərəcəsinə qaldırmır.
Onun sözlərinə görə, əksinə, Rusiyanın yeni silahları dünyanın iki fövqəldövləti arasında «paritetə» nail olmaq məqsədilə verilən «məntiqi reaksiyadır».
Peskov daha sonra deyib: «Biz düşmənin arsenalını darmadağın edəcək silahlar yaratmırıq, elə biz özümüz də onların bəzi silahlarının qarşısında müdafiəsizik».
Londondakı Kral Müdafiə və Strateji Tədqiqatlar İnstitutundan hərbi ekspert İqor Sutyagin «The Independent» qəzetinə deyib ki, Rusiyanın arqumentləri aldadıcıdır. ABŞ antiballistik raket sistemləri Sovetin qitələrarası raketlərindən müdafiə üçün layihələndirilməyib.
Ekspert bununla yanaşı bildirib ki, Putinin təqdimatını etdiyi bəzi silahlar hələlik yalnız «onun ürəyindən keçənlərdir».
Praqadakı Beynəlxalq Əlaqələr İnstitutundan ekspert Mark Qaleortti (Mark Galeortti) deyib ki, «bütün proqramların təkmilləşdirlməyə ehtiyacı var, amma bu çıxışdakılar tamamilə ağdır».
«Nə baş verəcəksə, çox yavaş baş verəcək və bu silahların çoxu güman ki, Putin hakimiyyətdə olan müddətdə gerçəkləşməyəcək», - deyib Qaleortti.
Kremlin keçmiş müşaviri və təhlükəsizlik eksperti Vladimir Frolov Putinin təqdimatını «blef» adlandırıb.
Onun fikrincə, bu cür «ekzotik» silahların nə vaxtsa işıq üzü görəcəyi şübhə doğurur.
Ekspert əlavə edib ki, bu əgər lap baş versə də strateji balansda dəyişikliyə səbəb olmayacaq.
«ABŞ sualtı nüvə dronlarının yeni nəslini yaratmaq yarışına girməyəcək, - deyib Frolov, - Çünki düzünü desək, bu cəfəng söhbətdir».
Yeni silahların reallıq dərəcəsindən asılı olmayaraq bəlli olan budur ki, Putin son çıxışı ilə anti-Amerika ritorikasını keyfiyyətcə yeni mərhələyə qaldırıb. Amma bununla belə, qəzetin fikrincə, Rusiya prezidenti «Peskovun dili ilə» tez də geri çəkilib.
«Bu çıxışın ən mühüm hissəsi bu idi ki, «əvvəllər bizə qulaq asan yox idi, ola bilsin, indi qulaq asacaqlar», - deyib Mark Qaleortti, - Fundamental şəkildə ruslar zəif olduqlarını bilirlər. Bu isə uzunmüddətli inamsızlıq yaradır. Onların ritorikası real niyyətlərindən yox, seçimlərinin azlığından xəbər verir…»