Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:27 | 5 mart 2018 | Bazar ertəsi
Məqaləyə 3551 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Donald Tramp Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.
«The Independent» yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu «böyük» lider adlandırıb və onun «ömürlük» vəzifədə qalmaq niyyətini təqdir edib.
Çinin doğrudan da son dövrdə ən güclü liderlərindən biri olan Si 2012-ci ildə hakimiyyətə gəlib və onun bu postda 2023-cü ilədək qalacağı gözlənilirdi. Amma hakim Kommunist Partiyası prezidentliyi iki müddətə məhdudlaşdıran Konstitusiya maddəsini ləğv edib. Beləliklə ölkənin avtoritar lideri istədiyi qədər hakimiyyətdə olmaq imkanı əldə edib.
«O, indi ömürlük prezidentdir. O, böyük adamdır», - Tramp onun «Mar-a-Lago» malikanəsinə fondtoplama ziyafətinə gəlmiş respublikaçılara deyib.
«Buna baxın e, o, bunu edə bildi. Düşünürəm ki, bu, əladır. Bəlkə bunu bir gün biz də yoxladıq», - Tramp CNN-nin verdiyi xəbərə görə belə deyib.
Deyilənlərə görə, bağlı qapılar arxasında keçirilən bu məclisdə Tramp yenə də rəqibi Hillari Klintonun qarasınca danışıb və Amerikanın «saxtakar seçki sistemini» tənqid edib. O, İraq müharibəsini çox böyük səhv adlandırsa da, deyib ki, prezident Corc Buş (George W Bush) da «dahidir».
Cənab Trampın cənab Sini tərifləməsi demokrat millət vəkili Ro Xanna (Ro Khanna) tərəfindən kəskin tənqid olunub. O, belə bir tvit yazıb: «Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Tzinpinin ömürlük prezident olmasını alqışlamaq ən qeyri-Amerika hərəkətidir. Gorun çatlasın, Corc Vaşinqton (George Washington)».
ABŞ prezidentləri bir qayda olaraq, hər biri 4 il olan iki müddətə seçilə bilərlər. Yalnız 1932-ci ildə seçilmiş Franklin Ruzvelt (Franklin Roosevelt) dörd müddət prezident olub. 1951-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəliş prezidentliyə iki müddətlik məhdudiyyət qoyub.
Tramp Çin prezidentini tərifləsə də, Çinin ticarət siyasətini daim tənqid edib.
Trampın tərifindən az əvvəl Çin hökuməti Corc Ourellinin (George Orwell) «Heyvanıstan» romanını qadağan edib.
Bundan başqa «Sino Weibo» mikrobloq saytı üçün axtarışa məhdudiyyət qoyulub, «razılaşmamaq», «şəxsiyyətə pərəstiş», «ömürlük», «ölümsüzlük», «mühacirət» və «abırsız» kimi sözlərin axtarışı məhdudlaşdırılıb.
Amma «N» hərfinin niyə qadağan olunduğu başa düşülmür. Belə görünür ki, «N», adətən, etiraz bildirən hərf olduğu üçün axtarışı məhdudlaşdırılıb.