Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
15:55 | 1 may 2018 | Çərşənbə axşamı
Məqaləyə 1642 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsi, yanvar ayında 114 rusiyalı siyasətçinin, 96 oliqarxın, aprel ayının əvvəlində isə daha 38 rusiyalı biznesmeni, rəsmi şəxsləri və şirkətləri sanksiya siyahısına daxil etməsi bu ölkədən kapital axınını sürətləndirib. Bir sıra iş adamları, böyük kapitala malik şəxslər, şirkətlər daşınmaz əmlaklarını satır və əllərində olan vəsaitləri Avropa ölkələrinə köçürürlər.
Bu barədə mətbuata danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu günlərdə rus mediasının yaydığı informasiyaya görə, Rusiya sanksiyalar tətbiq ediləndən bəri ofşor zonalarda 84 milyard dollar itirib. Bütün bunların hamısı sanksiyalardan sonra baş verən proseslərdir. Ya əmlak müsadirə olunub, yaxud da maliyyə vəsaitlərinin yolunda ciddi əngəllər yaradılıb. Bu sanksiyalar Rusiyanın başında bir kabus kimi dolanmaqdadır. Daha uzağı düşünənlər öz kapitallarını ölkədən çıxarmağa çalışır: “Çünki indi aparılıb Avropa ölkələrinə yatırılan vəsait 20 milyon dollardan çox olanda istənilən Avropa dövlətində həm təminatlı mal-mülk, həm də vətəndaşlıq almaq olur. Bu nöqteyi-nəzərdən Rusiyadan iş adamlarının öz vəsaitlərini çıxarması prosesi başlayıb. Adamlar başa düşürlər ki, Rusiyada inflyasiya, biznesin çökməsi prosesi sürətlənəndə əllərində olan vəsaitlər ya tamam yoxa çıxa bilər, ya da kəskin azala bilər. Ona görə də zəngin adamların ölkədən köçü prosesi başlayıb. Gedənlərin çoxu üzünü Almaniyaya, Fransaya, Skandinaviya ölkələrinə çevirir. Səudiyyə Ərəbistanına da vəsaitlərini köçürənlər var. Bu ölkələrə rusiyalı iş adamlarının apardığı investisiya onlara həmin ölkələrdə hər cür imkanlar yaradılmasında öz rolunu oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyada o qədər xoşagələn proses başlamayıb”.
Bəs bu tendensiya Rusiya üçün nə vəd edir. Politoloq qeyd etdi ki, kommersiya strukturlarının geriləməsi və iş adamlarının öz kapitallarını ölkədən çıxarması Rusiyanın gələcəyini təhdid edən faktorlardan birinə çevrilir. Kapitalını Rusiyadan çıxaranların 90 faizi ABŞ-ın bu yaxınlarda açıqladığı qara siyahıda adı olmayanlardır. Onlar nə qədər ki, adları növbəti siyahıya daxil edilməyib Rusiyadan çıxmağa çalışırlar: “Həmin iş adamlarında belə bir fikir hakimdir ki, bundan sonra vəsaitlərini Rusiyadan çıxarıb Avropada yerləşən adamlara toxunulmayacaq. Qərb atdığı bir sıra addımlarla Rusiyadan böyük investisiya axınını şirnikləndirir. Proses həm də ölkədə inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur. İstehsalda da durğunluq var, hətta bir azalmağa doğru gedir. Rusiya üç ildir ümummilli məhsulun miqdarını artıra bilmir. Bunun nəticəsidir ki, ölkədə staqumasiya prosesi, depressiya prosesi başlayıb. Doğrudur, çox zaman bu vəziyyəti rəsmi təbliğatla ört-basdır eləməyə çalışırlar və vəziyyəti olduğu kimi deyil, əksinə söyləyirlər, amma reallıq göz önündədir. Bir sözlə, gedən proseslər Rusiya üçün ağır nəticələr doğura bilər. Rusiyanın indiki dövrü onun prezidenti və xalqı üçün ciddi sınaqlar vəd edir.
Qərb Rusiya ilə bağlı mövqeyində ardıcıldır, israrlıdır, həm Putinin hakimiyyətini laxlatmağa, həm də Rusiyanı öz sərhədləri içərisində çıxılmaz problemlərlə üz-üzə qoymağa çalışır. Məqsədləri Rusiyanı çökdürüb başqalarının işinə qarışmayan regional bir dövlətə çevirməkdir. Bir sözlə, Rusiya üçün qarşıda çox ciddi sınaqlarla müşayiət olunacaq illər gözlənilir".
Bəs, bu vəziyyətdən çıxmaq imkanları qalırmı?
Politoloq vurğuladı ki, vəziyyət tamamilə çıxılmaz da deyil, prezident Vladimir Putin bu prosesin qarşısını ala bilər: “Bunun üçün birincisi, Rusiya xarici siyasətdə müdaxilə ambisiyalarından əl çəkməlidir, super dövlət olmaq arzularından kənar durmalıdır, əsas diqqəti daxili bazara, daxili istehsala yönəltməlidir, qonşularla, Qərblə normal münasibətlər qurmalıdır, davakar siyasətdən əl çəkməlidir, sürətlə silahlanmaya tormoz verməlidir, ölkədə rüşvət və korrupsiyanın qarşısı alınmalıdır. Bütün bu və digər addımlar atılsa, Rusiyanı arzuolunmaz gələcəkdən xilas etmək, Rusiyanı iqtisadi cəhətdən cəlbedici ölkəyə çevirmək mümkündür”.
Etibar SEYİDAĞA