09:49 | 17 fevral 2014 | Bazar ertəsi
Məqaləyə 2163 dəfə baxılıb
Şriftin ölçüsü
«Xəzər bölgə üçün əməkdaşlıq, sülh və təhlükəsizlik dənizidir». «Fars» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edərkən bildirib.
Onun sözlərinə görə, sahilyanı ölkələr Xəzər dənizinin hüquq statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığı artırmalıdır: «Dənizin ətraf mühitinin mühafizəsi, ekosisteminin qorunması, təhlükəsizliyinin təmin edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi üçün sahilyanı ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir».

