60 günlük razılaşma hazırlanır
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
10:28 | 8 may 2018 | Çərşənbə axşamı
Məqaləyə 1897 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Neft qiymətləri yüksəlişini davam etdirir. Dünən Bakı vaxtı ilə saat 19:30-da ABŞ xam nefti (Qərpi Texas nefti – “WTI”) 70,71 dollardan, “Brent” nefti isə 76,15 dollardan alıcı tapıb. Neft qiymətləri 1,5 faizdən çox yüksəlib.
Bu həftə tarixi həftə ola bilər. Mayın 12-də ABŞ Prezidenti Donald Tramp, ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxıb-çıxmayacağı qərarını açıqlayacaq. Əgər ABŞ müqavilədən çıxarsa İrana yeni sanksiyalar tətbiq edilə və bu da İranın neft ixracının azalmasına səbəb ola bilər. İnvestorlar İran ətrafında baş verənlərdən narahatdırlar.
***
ABŞ prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə axşam saat 9.00 radələrində İrana dair kritik qərarını açıqlamağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, Tramp İranla “altılar” qrupu arasında imzalanmış nüvə sazişindən çıxacağını elan edəcək və Tehrana qarşı yeni sanksiyalar barədə qərar verəcək.
“Mən İran nüvə sövdələşməsinə dair qərarımı mayın 8-də saat 2.00-də elan edəcəyəm” - Tramp “Twitter”də yazıb.
Bundan əvvəl Tramp keçmiş dövlət katibi Con Kerrini ABŞ-ın sazişdən çıxmasını əngəlləməyə çalışdığına görə sərt tənqid edib. Onun səylərinin “qanunsuz olduğunu” bildirib və Kerrini “bütün bu olanların günahkarı” adlandırıb.
“The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Trampı İranla nüvə sazişindən çıxmaqdan çəkindirməyə çalışan avropalı diplomatların səyləri iflasa uğrayıb. Qəzet prezidentin bu gün sazişdən çıxmağı elan edəcəyini yazır. Tramp bu qərarı verməzdən əvvəl Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə məsləhətləşmələr aparıb. Onlar ABŞ-ın sazişdən çıxmasının əleyhinə olublar. Qəzetin yazdığına görə Tramp İrana qarşı sanksiyaları da bərpa edəcək, amma bu qərarın müttəfiq ölkələrin İranla biznes qurmuş şirkətlərinə aid olacağı hələ məlum deyil. Texniki olaraq İrana qarşı sanksiyaların bərpası üçün 120-180 gün vaxt lazım gələcək.
ABŞ prezidentinin neçə vaxtdır İranla nüvə sazişindən çıxıb bu ölkəyə sanksiyalar tətbiq edəcəyi barədə gözləntilərin nəticəsi olaraq dünya birjalarında neftin qiyməti durmadan artmaqdadır. Analitiklərə görə neftin indiki bahalaşmasının yeganə səbəbi geosiyasi risklərin artmasıdır, çünki dünya bazarlarında neft qıtlığı hökm sürmür, bazara tələbatdan artıq neft çıxarılır. Hazırda “Brent” markalı neftin qiyməti 77 dollara yaxınlaşır. Neftin bu cür kəskin bahalaşması şübhəsiz ki, digər neft ölkələri kimi Azərbaycanın da valyuta gəlirlərinin kəskin artması ilə müşayiət olunur.