10:52 | 17 fevral 2014 | Bazar ertəsi
Məqaləyə 1840 dəfə baxılıb
Şriftin ölçüsü
İsveçrə səmasında «Ethiopian Airlines» şirkətinə məxsus sərnişin təyyarəsinin qaçırılması cəhdi olub. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, pilotlar Cenevrə aeroportunun dispetçerlərinə bildiriblər ki, təyyarə naməlum şəxslər tərəfindən ələ keçirilib.
Bir müddət sonra Boeing 767-300 tipli təyyarə hava limanına məcburi eniş edib.
Hazırda hadisə yerində polis əməkdaşlarının işlədiyi bildirilir.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.

