Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:26 | 26 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 2286 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Beynəlxalq KİV-lər yazıblar ki, Rusiya bu yaxınlarda ABŞ-ı qorxuya salacaq ölümcül silahlarını nümayiş etdirib. Modern.az saytının məlumatına görə, ekspertlər bildiriblər ki, Rusiyanın “Borey” sualtı gəmisindən “Bulava” ballistik raketlərinin yaylımı işə salınıb.
Hərbi analitiklər bu yaylımın ümumi gücünün 160 nüvə bombası ekvivalentində olduğunu bildiriblər.
“Borey” Rusiyanın yeni nəsil sualtı gəmisidir. Bu sualtı gəmilər nəsli öz sələflərindən səssizliyinə və qabaqcıl xarakteristikalarına görə fərqlənir.
“Borey”in uzunluğu 170 metrdir, su basımı isə 20 min tonu ötür. Bu sualtı gəminin səssiz hərəkət etməsi onun yerinin radarlar tərəfindən aşkarlanmasını mürəkkəbləşdirir.
Hərbi nəşrlər yazırlar ki, “Borey” öz xarakteristikalarına görə, Amerikanın “Ohayo” sualtı gəmilərini üstələyir.
Rusiyanın bu sualtı gəmisi böyük alovlu gücə malikdir. Gəmi, əsasən “Bulava” qitələratası ballistik raketləri ilə təchiz edilib (16 ədəd).
Bundan başqa sualtı gəminin burun hissəsində 12 torpedo aparatı var ki, bunlar da gəmi əleyhinə raketlərin işə salınması üçün istifadə oluna bilər.
Gəmiyə havadan zərbə endirilməsinin qarşısını almaq üçün zenit raketləri də quraşdırılıb. “Bulava” raketlərində hər hansı çatışmazlığın olmadığı bildirilir. Raketin uçuşunun gözlənilməz trayektoriyası bu raketləri əlçatmaz edir.
Analitiklər düşünür ki, Rusiyanın bu silahları sınaqdan keçirməsi ABŞ-ın Şərqi Avropada qoşunlarının sayının artırılmasına cavabı idi.