vaxtlı-vaxtında oxuyun! Şənbə, 13 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
ABŞ-da Conların savaş 10:12 | 11 aprel 2019 | Cümə axşamı Məqaləyə 3891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da Conların savaş

Boltondan adaşı Kerriyə “nüvə” ittihamı

Aqşin KƏRİMOV

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hesab edir ki, ölkənin keçmiş dövlət katibi Con Kerri nüvə razılaşmasının yenidən qüvvəyə minməsi üçün İran hakimiyyəti ilə müstəqil danışıqlar aparır.

Modern.az saytının xarici KİV-lərə istinadən məlumatına görə, Con Bolton bildirib ki, eks-dövlət katibi 2020-ci ildə Amerikada keçiriləcək prezident seçkilərində Trampın məğlub olacağını bəyan edir və Tehranı buna inandırmağa çalışır.

Boltonun sözlərinə görə, Kerri 2020-ci ildə Trampın məğlub olacağı təqdirdə, ABŞ-ın yenidən nüvə razılaşmasının şərtlərinə qayıdacağını İran hakimiyyətinin nümayəndələrinə bəyan edir.

Ekspertlərin fikrincə, Kerrinin hərəkətləri Amerika isteblişmentində parçalanma yaradır.

Bolton bildirib ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ-ı İranla əldə olunmuş nüvə razılaşmasına qaytarmağa söz veriblər.

Qeyd edək ki, 2015-c ildə ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya və İranın iştirakı ilə nüvə razılaşması imzalanmışdı. Sənədə əsasən, İran nüvə proqramını məhdudlaşdırmaq öhdəliyi götürür, bunun müqabilində isə Tehrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır.

Lakin Donald Tramp hələ seçki kampaniyası zamanı və ondan sonra nüvə sazişindən narazı olduğunu bildirib.

O, müqavilənin bağlanmasına görə, Barak Obama administrasiyasını tənqid edirdi. 

Nəticədə 2018-ci ilin may ayında Tramp ABŞ-ın müqavilədən çıxması barədə qərar qəbul edib.

Bundan bir müddət sonra isə ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi.