Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
13:27 | 13 iyun 2019 | Cümə axşamı
Məqaləyə 1766 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
ABŞ Türkiyənin Rusiya “S-400” zenit-raket komplekslərinin alqısı ətrafında dartışmanın gedişində “F-35” qırıcılarında uçuş üçün yeni türk pilotlarının hazırlığı proqramını dayandırmaq qərarı alıb. Vaşinqton artıq iyulun sonuna qədər Ankaraya möhlət verib ki, Rusiya “S-400”lərindən imtina haqda qərar qəbul etsin, bununla da türk pilotlarına təhsili başa çatdırmağa vaxt verib.
Ankara Rusiyanın “S-400” komplekslərini alarsa, ABŞ habelə Тürkiyə ilə birgə “F-35” qırıcılarının istehsalı proqramını dayandırmaq hədəsi gəlib.
ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Türkiyənin müdafiə naziri Hulusi Akara rəsmi məktubda qeyd edib ki, Ankara Rusiyanın “S-400” sistemini əldə etməkdən hələ də imtina edə bilər. Moskva Amerika-Türkiyə böhranından qıraqda qalmayıb və “S-400” zenit-raket sistemlərinin iki aydan sonra Türkiyəyə tədarükünün başlanacağı haqda bəyanatı ilə tonqala benzin atıb. Rusiyanın bəyanatına əsasən, göstərilən müddət iyulun sonuna düşür. Qeyd edilməlidir ki, 100-ə yaxın türk hərbçisi “S-400”lərlə işləmək üçün Rusiyada təlimi davam etdirir.
İndiki ağır durumda Türkiyənin variantları elə də çox deyil. NATO üzrə müttəfiqlər arasında meydana çıxmış gərginliyə görə ABŞ-ın məsuliyyət daşıdığına baxmayaraq, Amerika rəsmiləri Türkiyəni Rusiyaya sarı itələyən əsas səbəbə məhəl qoymurlar. ABŞ Suriya böhranı vaxtı Türkiyənin maraqlarına və milli təhlükəsizliyinə dəfələrlə sayğısızlıq sərgiləyib ki, bu da Ankara tərəfdən inamın itməyinə gətirib.
Ankara 2015-in sonunda Rusiya qırıcısını vurarkən Moskva sərt sanksiyalarla cavab verib: Türkiyəyə düşmənlə mübarizədə nə Vaşinqton, nə də NATO lazımınca əl tutub. Ankara öz müttəfiqlərinin hərəkətləri üzündən dilxor olub. Vaşinqton Moskva ilə mümkün hərbi qarşıdurmadan yayınmaq üçün Türkiyəni bölgədə Rusiya və müttəfiqləri üçün dişbatan durumda buraxaraq “Patriot” raket batareyalarını Türkiyə torpağından çıxarmağa üstünlük verib. Yaranmış şəraitdə Türkiyənin ancaq bir variantı var idi – Rusiyadan qaynaqlanan təhlükəni neytrallaşdırmaq üçün ona yaxınlaşmaq. Rusiya “S-400”ləri üzrə sövdələşmə Rusiyanın son bir neçə ildə həyata keçirdiyi açıq siyasət fonunda gedir.
Vaşinqton Ankaraya uzaqmənzilli raketə qarşı müdafiə sistemlərinin yoxluğu şəraitində ona öz ərazisini qorumaq üçün heç bir təklif etməyib. Bundan başqa, Türkiyə Rusiyanın “S-400” raket-zenit sistemlərini əldə etməyə israr edərsə, ABŞ onu sanksiyalarla hədələyir və Türkiyəni “F-35” proqramından çıxdaş etmək üçün fəal iş görür. Çox ehtimal ki, Vaşinqton baş verənləri adi Türkiyə-Rusiya manevri sayıb. O, hesab edib ki, Moskva öz öhdəlikərini yerinə yetirməyəcək, amma yanıldığını anlayanda Türkiyəyə basqı göstərməyə çalışıb.
Türkiyə indiki anda pis vəziyyətdədir. O, Vaşinqton tərəfindən alternativ təklif olmasa, sazişi ləğv edə bilməz, habelə sazişi gerçəkləşdirən zaman ABŞ Türkiyəyə qarşı, doğrudan da, ciddi sanksiyalar qoyarsa, onu yaxalayacaq nəticələrə qarşı dura bilməyəcək. İstənilən halda, böhran Türkiyə-Amerika münasibətləri çərçivəsindən qırağa çıxır!