İran ilk dəfə ticarət gəmilərini həbs etdi
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
19:21 | 16 iyun 2019 | Bazar
Məqaləyə 1995 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
ABŞ Senatının Silahlı qüvvələr üzrə komitəsində 2020-ci il hərbi büdcəsi ilə bağlı qanunvericilik layihəsinin müzakirəsi zamanı İsrailin Hayfa limanını Çinə icarəyə verməsindən narahatlıq ifadə edilib və rəsmi Tel-Əvivə xəbərdarlıq olunub.
Bəhs olunan xəbərdarlıq Milli Müdafiə Səlahiyyəti adlanan sənəd layihəsində (NDAA) də öz əksini tapıb.
Sənədin 1289-cu bölümündə İsraillə bağlı olaraq “ABŞ-ın Hayfa limanında gələcəkdə dəniz birliklərini yerləşdirmə məsələsində planları olduğu, bu səbəbdən də limanın icarəyə verilməsinin doğru olmadığı bildirilib. Bundan başqa “Senat İsrail hökumətinə xarici sərmayənin təhlükəsizliyinin təmin olunması məsələsində xəbərdarlıq edilməsi qənaətindədir”, - cümləsinə yer verilib.
Anadolu agentliyinin xəbərinə əsasən, bəhs olunan hüquqi aktdakı müddəa Hayfa limanının Çinə aid “Shanghai International Port Group”a 2021-ci ildən etibarən 25 illiyə icarəyə verilməsi barədədir.
Qeyd olunur ki, hələ bu ilin mart ayında ABŞ prezidenti Donald Tramp da baş nazir Benyamin Netanyahuya İsrailin Çinlə ticari əlaqələrini dərinləşdirməsinin ABŞ-ın mənafelərinə zidd olduğu barədə fikrini ifadə etmişdi. Bu məsələdə prezidentin milli təhlükəsizlik məsələləri üzər müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeonun da İsrail rəsmilərinə təzyiq göstərdiyi gələn xəbərlər arasındadır.
Baş nazir Benyamin Netanyahu isə hələ 2018-ci il oktyabrın 22-də Çin Xalq Respublikasının sədri Si Tzinpinin müavini Van Tsişanla Qüdsdə təşkil olunan iqtisadi zirvə toplantısında iki ölkə arasında sərbəst ticarət haqqında sazişin imzalanacağını söyləmişdi.
Hüquq ekspertləri Hayfa limanının Çin şirkətinin burada tikinti işlərinə başlaması səbəbindən ABŞ tərəfindən geri alınmasının mümkün olmadığını bildirirlər.