Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:10 | 17 iyun 2019 | Bazar ertəsi
Məqaləyə 2029 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ prezidenti Donald Tramp və onun müşavirləri İranın Oman körfəzində iki neft tankerinə hücum etməsinə cavab olaraq Yaxın Şərq regionuna əlavə qüvvələr göndərməyi müzakirə edir.
Bu barədə CNN-ə ABŞ administrasiyasındakı mənbələr bildiriblər. Konkret olaraq regiona “Petriot” zenit-raket komplekslərinin əlavə batareyalarının göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İranın tankerlərə hücumuna cavab olaraq bu ölkəyə qarşı hərbi cavab variantlarının nəzərdən keçirildiyini açıqlamışdı.
Oman körfəzində neft tankerlərinə hücum iyunun 13-də baş verib. Norveçə aid olan iki tanker torpedo ilə vurulub, nəticədə hər iki gəmi zədələnib. Tankerlərdən birində güclü yanğın başlayıb. Hücuma görə ABŞ və Böyük Britaniya İranı ittiham edir. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, hücumu həyata keçirən İnqilab Keşikçiləri Korpusudur.
ABŞ KİV-ləri isə bildirir ki, İran qüvvələri tankerlərə hücumdan əvvəl Oman körfəzi üzərində uçuşlar həyata keçirən ABŞ pilotsuz kəşfiyyat təyyarəsinə də hücum edib. Məlumata görə İran Hava Hücumundan Müdafiə qüvvələri MQ-9 pilotsuz təyyarəsinə raket atıb, amma raket hədəfə dəyməyib və havada partlayıb.
Raketin buraxılmasından əvvəl isə pilotsuz təyyarəsi İran gəmilərinin neft tankerlərinə yaxınlaşmasını qeydə alıbmış. Hərçənd İran qüvvələrinin tankerlərə hücum anına dair video-görüntülər yoxdur.
Hücum nəticəsində zədələnən tankerlər isə Birləşmiş Ərəb Əmirlikləri sahillərinə çəkilib və orada onlara baxış keçiriləcək. Şarja əmirliyinin gördüyü təhlükəsizlik tədbirlərindən sonra Yaponiyaya aid “Kokuko Courage” tankerinin yükü-metan başqa tankerə boşaldılacaq.
İkinci tanker-Norveçə aid “Front Altair” gəmisi isə Şarja əmirliyinin Horfakkan limanındadır. Gəminin İran sərhəd xidməti tərəfindən xilas edilmiş heyəti də ötən şənbə günü Bəndər-Abbas aeroportundan Dubaya uçub. Tankerə ABŞ, Səudiyyə Ərəbistanı, Norveç və Fransanın mütəxəssisləri baxış keçirəcək. (virtualaz.org)