Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
15:14 | 26 iyun 2019 | Çərşənbə
Məqaləyə 2283 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
ABŞ prezidenti Donald Tramp iyunun 25-də “Twitter” səhifəsində yazdığı bir neçə statusda İranın Amerikaya qarşı təhdidlərinə kəskin cavab verib.
Trampın paylaşdığı statuslar, İran prezidenti Həsən Ruhaninin həmin gün ona və Amerika hökumətinə qarşı təhqiramiz ifadələr işlətməsindən az sonraya təsadüf edib.
Amerikanın pilotsuz uçan bir aparatının “Sepah” tərəfindən vurulmasına toxunan Tramp deyib ki, İran Amerikanın regional qüvvələrinə qarşı hücumunu təkrar etsə, Amerikanın çox ağır və sarsıdıcı cavabı ilə qarşılaşacaq: “İranın Amerika qüvvələrinə və ya Amerikaya aid hər hansı bir mövqe və obyektə hücumu İranın bir sıra həssas mövqelərinin qismən və ya tamamilə məhvi ilə nəticələnəcək. Bu gün İran rəhbərləri nadanlıq ucbatından bizə qarşı təhqiramiz ifadələr işlətdilər. Bu isə göstərir ki, onlar mövcud reallığı dərk etmirlər.
Təəssüflər olsun ki, İran rəhbərləri rəhm və xoş məramla deyilən sözləri qanmırlar. Onlar yalnız güc və qüdrət (çomaq) dilini başa düşürlər. Bu gün yüksək keyfiyyətlərə malik olan İran xalqı əzab-əziyyət içindədir. İran rəhbərləri isə ölkənin bütün pullarını terrorizmə sərf edirlər və demək olar ki, bu puldan ölkə vətəndaşlarının problemlərini həll etmək üçün heç nə qalmır.
Amerika Birləşmiş Ştatları İraqda İran tərəfindən quraşdırılan və 2 min amerikalı əsgərin ölümü və yaralanması ilə nəticələnən yol kənarı bomba və minaları heç vaxt unutmayacaq. Bir daha bildirirəm ki, İranın hər hansı bir Amerika hədəfinə hücumu bizim çox kəskin və sarsıdıcı hərbi cavabımızla üzləşəcək. Bu ağır cavab, bəzi yerlərdə İranın mövqelərinin tamamilə məhvi ilə nəticələnəcək. İran bilməlidir ki, Obama və Con Kerri dövrü artıq geridə qalıb”, – deyə Donald Tramp əlavə edib.
Xatırladaq ki, Həsən Ruhani iyunun 25-də Tehranda qatıldığı bir tədbirdə çıxış edərək, Amerikanın İranın dini lideri Əli Xamneyiyə qarşı sanksiya tətbiq etməsinə reaksiya verib.
Öz çıxışında amerikalı həmkarını “ağlını itirməkdə” günahlandıran Ruhani deyib ki, Amerikanın İrana qarşı yeni sanksiyalar qoyması insanlığa zidd bir addımdır: “Ağ Ev zehni baxımdan iflic vəziyyətə düşüb. Amerika ümidsizlikdən və çarəsizlikdən İranın dini liderinə sanksiya qoyub. Amerikanın bu əməli sanksiya deyil, insanlığa qarşı atılan bir addımdır.
İran liderinin bir “Hüseyniyyə”dən və sadə bir evdən başqa heç nəyi yoxdur. O dünyanın digər rəhbərləri kimi deyil ki, onun xarici banklarda pulu və hesabı olsun, siz də ona qadağa qoyasınız.
Amerikalılar o qədər ağıllarını itiriblər ki, digər bir ölkənin rəhbərinə sanksiya qoyurlar ki, məsələn Amerikaya səfər edə bilməsin. Bu isə gülüncdür. Halbuki biz özümüz sizi ölkəmizə buraxmırıq. Siz isə deyirsiniz ki, qadağanı ona görə qoyuram ki, ölkəmizə gəlməyəsiniz. Bu isə gülünc və absurddur” –deyə Həsən Ruhani əlavə edib.