Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:45 | 17 iyul 2019 | Çərşənbə
Məqaləyə 2370 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
ABŞ Rusiyadan “S-400” “Triumf” zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı cəza tədbirlərini nəzərdən keçirir.
Konqresdə hər iki partiya-həm demokratlar, həm respublikaçılar Türkiyəyə qarşı dərhal sanksiyaların tətbiq edilməsi üçün prezident Donald Trampa təzyiq göstərirlər. CNN-nin bildirdiyinə görə dövlət katibi Maykl Pompeo və prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton da Türkiyəyə qarşı sanksiyaların tezliklə tətbiq edilməsində israrlıdır. Lakin Tramp özü bu məsələdə tərəddüd edir.
Bununla belə Tramp ötən gün jurnalistlərə açıqlamasında Türkiyənin artıq sifariş verdiyi 100 ədəd “F-35” qırıcısını ala bilməyəcəyini deyib. Onun sözlərinə görə, Türkiyənin Rusiyadan zenit-raket kompleksləri alması “ədalətli deyil” və bunun nəticəsində “F-35” qırıcılarının Ankaraya verilməsi mümkün olmayacaq.
“Defense One” nəşri isə yazır ki, Türkiyənin sifariş verdiyi “F-35 Lightning” II qırıcılarının 30 vahidi artıq mövcud olan potensial sifarişçi Polşaya təklif edilə bilər. Gözlənilir ki, Polşa bu təyyarələrin əsas alıcılarından biri olacaq. Habelə ABŞ Türkiyənin əvəzində F-35 qırıcılarını güzəştli şərtlərlə digər Şərqi Avropa ölkələrinə də təklif edə bilər. Söhbət ilk növbədə Estoniya və Litvadan gedə bilər.
Habelə “F-35” qırıcılarının Ukraynaya satılması imkanları istisna edilmir. “Əgər kimsə doğrudan da Putini ola bilsin təhlükəli üsulla özündən çıxarmaq istəyirsə o zaman həmişə Ukrayna var”, - nəşr yazır. Bununla belə nəşr “F-35” qırıcılarının Ukraynaya verilməsini “ekstremal addım” sayır və bildirir ki, bu zaman texnologiyanın sızması mümkündür.
Hazırda ABŞ-ın “Lookhed Martin” şirkəti Türkiyənin sifarişi ilə 30 vahid “F-35” qırıcılarının istehsalını yekunlaşdırmaq üzrədir. Daha 4 belə qırıcı isə ABŞ-da Türkiyə pilotlarına təlim verilməsi üçün istifadə edilirdi, amma “S-400” gərginliyinə görə həmin pilotlar Türkiyəyə geri göndərilib.