vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
“Atəşi kəsin!” 21:02 | 30 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 1424 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Atəşi kəsin!”

BMT-dən tərəflərə çağırış

BMT Liviyada münaqişə tərəflərini qarşıdan gələn Qurban bayramı günlərində atəşkəsə çağırıb.

“Voice of America” xəbər verir ki, ötən gün BMT Təhlükəsizlik Şurasındakı nitqi zamanı BMT-nin Liviya üzrə elçisi Həsən Səlame həmçinin əsir və girovların qeyd-şərtsiz dəyişdirilməsinin vacibliyini qeyd edib.

“Atəşkəsin ardınca qarşıdurmanın dayandırılmasını davamlı hala gətirmək… və tərəflərin beynəlxalq humanitar və insan hüquqları normalarına əməl etmələrini dəstəkləmək məqsədilə maraqlı ölkələr arasında yüksək səviyyəli görüş keçirilməsini arzulayıram”, – deyən diplomat hər iki tərəfi insan hüquqlarını ciddi şəkildə pozmaqda ittiham edərək bəzi xarici dairələrin də ölkəyə silah göndərərək buranı özlərinin döyüş meydanına çevirdiklərini diqqətə çatdırıb.

“Bundan əlavə, liviyalılar hazırda onları döyüşdürərək öz mənafeləri naminə bu ölkəni viranə görməkdən məmnun olan başqa ölkələrin hesabları üçün vuruşurlar”, – deyən BMT elçisi beynəlxalq embarqolara baxmayaraq, Liviyaya müasir silah və hərbi texnikanın göndərildiyini vurğulayıb.

Xatırladaq ki, Liviyada bir çox Avropa ölkələri və Türkiyənin dəstəklədiyi, beynəlxalq səviyyədə rəsmən tanınan baş nazir Fayez əl Sərrac ilə ABŞ, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi, Liviyanın şərqinə nəzarət edən Xəlifə Həftar qüvvələri arasında toqquşmalar gedir. (Report)