vaxtlı-vaxtında oxuyun! Cümə, 18 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
“Heç bir müharibənin qalibi olmayıblar” 21:19 | 30 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 1438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç bir müharibənin qalibi olmayıblar”

Tramp İrandan, Pompeo Hörmüz boğazından “yapışıb”

ABŞ prezidenti Donald Tramp iyulun 29-da “Twitter” səhifəsində paylaşdığı kiçik bir statusda İranla savaşdan və müzakirədən yazıb.

Yazdığı statusda Tramp dolayısı yolla bildirib ki, əgər bölgədə qarşıdurma yaransa, İran İslam Respublikası heç bir savaşın qalibi olmayacaq: “Yalnız yadda saxlayın ki, İranlılar heç bir müharibənin qalibi olmayıblar. Lakin onlar heç bir müzakirədə də uduzmayıblar”, – deyə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əlavə edib.

Həmin gün Vaşinqtonun İqtisadi Klubunda jurnalistlərlə görüşən Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın körfəzdə beynəlxalq naviqasiyaya qarşı təhdidindən və Hörmüz boğazından danışıb.

Pompeo deyib ki, Amerika Hörmüz boğazını açıq saxlamaq, beynəlxalq gəmilərin sərbəst hərəkətini təmin etmək üçün üzərinə öhdəlik götürüb: “Bİz Hörmüz boğazını açıq saxlayacaq, onun bağlanmasına imkan verməyəcəyik. Biz regionda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün bir plan hazırlayacağıq. Düşünürəm ki, Hörmüz boğazının açıq saxlanmasında maraqlı olan dünyanın digər ölkələri də həmin planın icrasında iştirak edəcəklər.

Əminəm ki, dünya bu planın əhəmiyyətini dərk edəcək. Bizim bölgədə naviqasiya azadlığını və dəniz nəqliyyatını qorumaq üçün dünyanın digər ölkələrinin bu plana qoşulmasına ehtiyacımız var”, – deyə Amerikanın dövlət katibi Mayk Pompeo vurğulayıb.