Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Avqutun 6-da İranın Xarici İşlər Nazirliyinə gedən prezident Həsən Ruhani nazirlik rəsmiləri ilə görüşdə çıxış edərək Amerika ilə sülh və müharibədən, ölkəyə qoyulan sanksiyalardan və Hörmüz boğazından danışıb.
Ruhani Amerikaya səslənərək deyib ki, İranla hər hansı mümkün bir savaş, bütün savaşların anası olacaq: “Mən üzümü Amerikaya tutub deyirəm: Siz bizim təhlükəsizliyimizə xələl gətirməklə regionda öz əsgərlərinizin təhlükəsizliyini təmin edə bilməyəcəksiniz. Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft.
İranla sülh bütün sülhlərin anası, İranla müharibə isə bütün müharibələrin anasıdır. Biz müzakirə əhliyik. Əgər Amerika həqiqətən də bizimlə müzakirə aparmaq istəyirsə, əvvəlcə qoyduğu bütün sanksiyaları ləğv etməli, cinayət və iqtisadi terrorizmdən əl çəkməlidir. Güman edirəm ki, Amerikanın yolu, həqiqi tövbə yoludur.
Amerikalılara deyirəm ki, biz sizin pilotsuz uçan aparatınızı ölkədə istehsal edilmiş bir raketlə vurub saldıq. Sizin dostunuz Britaniya isə bizim bir gəmimizi saxladı. Lakin biz artıq onun bu səhv addımına göz yummadıq və qarşılığında onların bir gəmisini ələ keçirdik. Elə olmaz ki, siz Cəbəllüttariq boğazını bizim üzümüzə bağladığınız halda Hörmüz boğazı sizin üçün açıq olsun” –deyə Həsən Ruhani əlavə edib.
Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.