02:48 | 2 mart 2014 | Bazar
                Məqaləyə 1648 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                NATO-nun rəhbər orqanı olan NATO Şurası martın 2-də – bazar günü Ukraynadakı situasiya ilə bağlı növbədənkənar toplantı keçirəcək. Musavat.com-un məlumatına görə, bu barədə özünün Twitter səhifəsində alyansın baş katibi Anders Foq Rasmussen yazıb.
«NATO üzrə müttəfiqlər Ukraynadakı vəziyyətin ciddiliyə ilə bağlı koordinasiya işi aparacaqlar. NATO Şurasının iclasından sonra Ukrayna-NATO Şurasının iclası olacaq», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, şənbədən bazara keçən gecə Ukrayna XİN-i alyansa müraciət edərək ondan bütün mümkün vasitələrlə Ukraynanın ərazi bütövlüyünü və xalqını müdafiə eləməyi xahiş etmişdi.

