vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
Ağ Ev Kremlə ümid etmir 11:47 | 28 yanvar 2022 | Cümə Məqaləyə 677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Ev Kremlə ümid etmir

Vaşinqton müttəfiqlərini alternativlərə hazırlayır

ABŞ və NATO Kremlə onun aylardır tələb etdiyi yazılı cavabı göndərib. Cavabın mahiyyəti budur: 1. ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır; 2. ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək; 3. ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffavlıq və risqlərin azalması mövzularını müzakirə etməyə hazırdır.

Beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib. Aydındır ki, bu cavab Kremli qane etməyəcək. “Silahlara nəzarət, şəffavlıq və risqlərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır. Çünki, Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir. Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə düşünürdü ki, təşəbbüsü ələ keçirib. İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, hansı alternativlər reallaşdırılmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir.