vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
KTMT-yə Çin əngəli 15:28 | 7 fevral 2022 | Bazar ertəsi Məqaləyə 515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

KTMT-yə Çin əngəli

Zaxarovadan jurnalistə zəhər dolu sözlər...

ELXAN

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) silahlı qüvvələrinin Qazaxıstanı qısa zamanda tərk etməsinin yeni versiyası ortaya atılıb: Çin KTMT-nin Qazaxıstanı tərk etməsini istəyib.

“Exo Moskvı” radiosunun jurnalisti bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarovaya sual verib. Sual Zaxarovanın əsəblərinə necə toxunubsa xanım sözçü həm “Exo Moskvı” radiosunu, həm də Rusiyadakı liberalları təhqir edib. “Çin KTMT üzvü deyil, Çin qərara təsir edə bilməzdi” deyən Zaxarova bildirib ki, KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasıyla eyni günlərdə xarici işlər naziri Sergey Lavrovun çinli həmkarıyla telefon danışığı arasında heç bir əlaqə yoxdur.

KTMT qüvvələri Qazaxıstana bu ilin yanvarın 6-da daxil olmuş, 11 gün sonra ölkəni tərk edib. KTMT-nin cəmi 11 gün üçün Qazaxıstanda mövcudluğu xeyli suallar doğurub. Məsələ burasındadır ki, küçə yürüşlərinin dağıdılmasında və ekstremist adlandırlan şəxslərin neytrallaşdırılmasında KTMT qüvvələrinin heç bir rolu olmayıb, bunu Qazaxıstandakı qüvvələr təkbaşına həyata keçiriblər. Pekin o günlərdə baş verənlərə qarışmadı. Buna baxmayaraq, Qazaxıstanda böyük yatırımları və layihələri olan Pekin başqa dövlətlərin bu ölkədə qəfil fəallaşmasına seyrçi qala bilməzdi. Pekin Kremllə strateji tərəfdaşlıq formalaşdırsa da, KTMT-nin qüvvələrinin uzun müddət Qazaxıstanda qalması Çinin maraqlarına cavab vermirdi.