Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:16 | 18 fevral 2022 | Cümə
Məqaləyə 1141 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Almaniyanın 130 hərbçisi və 60 hərbi maşını fevralın 17-də Litvaya çatıb. Bu, Rusiyanın Ukraynaya müdaxilə təhlükəsi ilə bağlı Almaniyadan Litvaya göndərilən hərbi qüvvələrin təxminən yarısıdır.
Litva prezidenti Gitanas Nauseda deyib ki, Almaniya kansleri Olof Şolts ona bu qoşunların lazım gələrsə Litvanın müdafiəsi üçün döyüşməyə hazır olduqlarını bildirib:
“Almaniya ordusu Litvaya, əgər təhlükə olarsa bizi müdafiə etmək üçün gəlib. Onlar öz vəzifələrini yerinə yetirməyə hazırdırlar”.
“Reuters” agentliyi polkovnik-leytenant Daniel Andreyə istinadən bildirir ki, 130 hərbçi artıq Litvada olan 350 nəfərlik Almaniya əsgəri qüvvəsini gücləndirməlidir:
“Biz isbat etdik ki, lazım gələrsə uzun məsafəyə qısa müddətdə böyük qüvvə gətirməyə hazırıq”.
Burada Almaniyanın habelə 100-dək hərbi texnikası var.
Şərq cinahı gücləndirilir
“Reuters” yazır ki, NATO Ukrayna ətrafında yaranmış böhranla bağlı özünün Rusiya ilə həmsərhəd şərq cinahını gücləndirir.
Artilleriya və kəşfiyyat maşınlarından və pantserqrenadyor xüsusi birləşmələrindən (motoatıcı) ibarət karvan Almaniyadan fevralın 15-də çıxıb.
Litva müdafiə nazirinin müavini Margiris Abukeviçus deyib ki, müttəfiqlərin Rusiyanı çəkindərəcək element kimi ölkə ərazisində olması çox mühümdür.
Almaniyanın başçılıq etdiyi bu hərbi birləşməyə qarşıdan gələn aylarda Norveçin 50-60 hərbçisi də qoşulacaq.
Hazırda Litvada üst-üstə 1610 NATO hərbçisi var.
Britaniya bildirib ki, Estoniyadakı hərbi qüvvələrinin sayını iki dəfə artıracaq.
Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra, NATO 2017-ci ildə Estoniya, Litva, Latviya və Polşada dörd beynəlmiləl döyüş qrupu yerləşdirib.
Ümumilkdə tanklar və 5 minlik əsgəri qüvvənin vəzifəsi NATO-nun əsas ordusu gətirilənədək hər hansı təcavüzün qarşısını almaqdır.
Yeni döyüş birləşmələri
Bu arada Almaniya hərbi hava qüvvələrinin “Eurofighter” qırıcıları fevralın 17-də Rumıniyanın şərqindəki hərbi hava bazasına gətirilib.
“Reuters” yazır ki, 3 “Eurofighter” qırıcısı və təxminən 60 əsgər buradakı İtaliya və Rumıniya birliklərinə qoşulacaq.
Bu qüvvələr Qara dəniz sahilindəki Mihail Kogalniceanu hərbi hava bazasında yerləşdirilib.
Bundan bir ay əvvəl bu bazaya Almaniyadan ABŞ-ın 1000 nəfərlik “Stryker” zərbə eskadronu gətirilib.
Bu eskadron Ukrayna ilə həmsərhəd olan Rumıniyada ABŞ-ın rotasiya prinsipi ilə yerləşdirdiyi 900 hərbçiyə əlavə olaraq gətirilib.
Bu həftənin əvvəllərində NATO özünün hərbi komandanlarına mərkəzi və şərqi Avropada yerləşdirilmək üçün yeni döyüş birləşmələrinin yaradılması planlarını hazırlamağı tapşırmışdı.
Diplomatlar bildirirlər ki, 4000 hərbçidən ibarət 4 döyüş birliyi Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada yerləşdirilə bilər.