ABŞ adaya desant çıxaracaqmı?
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
00:49 | 4 mart 2014 | Çərşənbə axşamı
Məqaləyə 2141 dəfə baxılıb
Şriftin ölçüsü
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Vaxt.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, Ukraynadakı, xüsusilə Krım yarımadasındakı gərginlik hər saniyə artdığı bir vaxtda ABŞ dəniz donanmasına aid döyüş gəmilərinin Qara dənizə doğru istiqamət götürməsi xəbəri yayıldı.
Yunanıstanın hərbi xəbərlər yayan krosnos.gr saytının diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ hərbi dəniz donanmasına aid ən önəmli döyüş raket kreyserlərindən 61 port nömrəli, 180 metr uzunluğunda və 300 əsgərin daşındığı «US Ramage» və «US Navy» adlı 6-cı təyyarədaşıyanı Yunanıstan sularından Qara dənizə doğru istiqamət götürüb. Xəbərdə ABŞ döyüş gəmilərinin Ukrayna sahillərinə yaxın, Krım yarımadası sularında yerləşəcəyi ehtimal olunur. Gəmilərin bu gün səhər saatlarında Çanaqqala boğazından keçməsi gözlənilir.
RUSİYA DA DÖYÜŞ GƏMİLƏRİNİ QARA DƏNİZƏ ÇƏKİR
Rusiyanın Suriya olayları ilə əlaqədar Aralıq dənizində görəvləndirdiyi 50 bort nömrəli Saratov, və 156 saylı Yamal iki hərbi gəmisi hərbi komandanlıq tərəfindən Qara dənizə çağırılıb. Martın 2-si saat 18:00-da (Bakı vaxtilə) Rusiya gəmiləri Egey dənizindən Çanaqqala boğazına keçərək Krım sularına doğru hərəkət edib.
Gəmilər Türkiyə Sahil Təhlükəsizliyi Komandanlığına aid bir qayığın müşayiəti ilə manevr edilməsi çətin olan Nara burnunu döndükdən sonra Qara dənizə doğru üzərək gözdən itib.
«GUARDİAN»ın 3 MÜMKÜN SSENARİSİ
İngiltərənin «Guardian» qəzeti dünənki sayında Krımda yerləşən, Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Ukrayna hərbi bazalarındakı əsgərlərinin ruslara təslim olmamaqda qərarlı olduqlarını ön səhifəyə çıxarmışdı. Bundan başqa qəzetin Avropa redaktoru Yan Treynor isə hadisələrin gedişi ilə bağlı 2 ssenarini gündəmə gətirib. Bunların qısa təfərrüatı aşağıdakılardır.
Gürcüstan ssenarisi:
Rusiyanın 2008-ci ildə Gürcüstanda etdiyini təkrarlayacaq. Sürətli hücumla hərbi
üstünlük qazanacaq və Krımın statusu ilə bağlı keçiriləcək görüşlərdə
danışıqlar masasına əli güclü halda oturacaq. Əslində bu artıq gerçəkləşmiş
durumdadır. Lakin görünən odur ki, Rusiya təkcə bununla kifayətlənməyəcək və
Krımdan savayı da istəkləri ola bilər.
Yuqoslaviya ssenarisi:
Rusiyanın Krımla yanaşı Ukraynanın şərq
hissəsinə hərbi güc çıxarmaqla ölkəni şimal-qərb və cənub-şərq hissələri ilə
ölkənin 2 yerə bölünməsini gündəmə gətirə bilər. Bu durumda Ukrayna dilində
danışan katolik çoxluq ilə rusdilli pravoslav azlıq arasında vətəndaş
müharibəsi qaçılmaz olacaq.
Diplomatik ssenari:
Avropa Birliyinin bu tip vəziyyətlərdə ənənəvi davranışı hamıya bəllidir. İqtisadi
sanksiyalar və ticari qadağalar. ABŞ da Rusiyanı iqtisadi təcrid siyasətini
yürüdə bilər. Amma rus şirkəti Qazprom Avropanın əsas enerji tədarükçüsüdür. Bu
ssenarinin gündəmə gəlməsi halında başqa bir siyasət yürüdəcəklər. Qısacası
yeni Ukraynada İsveçrə modeli yaratmağa çalışacaqlar. Rusiya isə federal və ya
konfederal sistem içində siyasətini davam etdirməli olacaq.