vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
Kreml Donbasla kifayətlənən deyil 11:49 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 649 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Donbasla kifayətlənən deyil

Rusiya bir yolla dayandırılmasa növbədə başqa hədəflər olacaq

Rusiya prezidenti Vladimir Putinin Donbasın “tanınmasıyla” bağlı fevralın 21-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında dostu Dmitri Medvedyevin çıxışı diqqətimi çəkdi.

Medvedyev dedi ki, Donbasın “tanınmasıyla” bağlı Qərbin mümkün təzyiqlərindən qorxmaq lazım deyil. Medvedyevin arqumenti bu oldu ki, ixtilafa baxmayaraq, Rusiya ilə dialoqun davamı Qərb üçün vacibdir və Rusiya Qərb üçün Ukraynadan daha əhəmiyyətlidir. Medvedyevin digər arqumenti bu idi ki, bir müddət keçəcək Qərb Donbasın “tanınması” faktını unudacaq və proses əvvəlki axarına qayıdacaq.

Dmitri Medveydev o qədər də haqsız deyil. Onun prezident olduğu 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən ilhaq etdi, bu böglələrin “müstəqilliklərini” tanıdı. Qərb ölkələri həmin günlərdə Kremli qınadılar, ancaq bir müddət sonra Gürcüstanın parçalanması unuduldu, heç Rusiyaya qarşı sanksiya da tətbiq olunmadı. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə artıq “qırmızı çizgilər” aşıldı və bu dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Ancaq sanksiyalarla yanaşı Kremllə dialoq da davam edirdi, Rusiyanın Avropaya qaz tədarükü artdı, Baltik dənizinin dibi ilə yeni boru xətti çəkildi. Medvedyev məhz bunları nəzərdə tutaraq Qərbin Donbasın Rusiya tərəfindən ilhaqının da bir müddət sonra unudulacağına arxayındır. Ancaq məsələ bundadır ki, Rusiyanın iştahası getdikcə artır və bunu Kreml sahibinin dünənki çıxışından da aydın sezmək olardı. Vladimir Putin əgər əvvəlki çıxışlarında SSRİ-nin xislətini çəkirdisə, dünənki geniş nitqində Rusiya imperiyasının əzəmətindən ağız dolusu danışırdı. Demək Kreml Donbasla kifayətlənən deyil. Odur ki, Rusiya bir yolla dayandırılmasa növbədə başqa hədəflər olacaq.