Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:45 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 736 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Ağ Ev bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki regionları müstəqil dövlət kimi tanımasından bir neçə saat sonra Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərinə qarşı sanksiyalar tətbiq edib.
Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi axşam bildirib ki, ABŞ “Rusiyadan belə bir addım gözləyirdi və dərhal cavab verməyə hazırdır”.
Prezident Co Bayden Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk regionlarının müstəqilliyini tanımasından sonra amerikalıların bu bölgələrə investisiyalar qoymasını və bu bölgələrlə ticarət və maliyyə əlaqələri qurmasını qadağan edən prezident sərəncamı imzalayıb.
Qərarla Rusiyanın Krımı ilhaq etməsinin ardınca 2014-cü ilin mart və dekabr aylarında və 2018-ci ilin sentyabrında verilən fərmanlarda nəzərdə tutulan tədbirlərə yeniləri əlavə edilib.
Qərara əsasən, amerikalıların harada olmalarından asılı olmayaraq “Donetsk Xalq Respublikasına və Luqansk Xalq Respublikasına” yeni investisiyalar, bu bölgələrdən birbaşa və ya dolayı yolla ABŞ-a mal, xidmət və ya texnologiya idxal etmək, ABŞ-dan bu bölgələrə malların, xidmətlərin və ya texnologiyanın birbaşa və ya dolayı yolla ixracı və ya amerikalıların bu regionlar maliyyə əməliyyatları qadağan edilir.
ABŞ-da bu regionların rəhbərləri və yüksək vəzifəli şəxsləri aktivlərinin dondurulması qərara alınıb. Bu şəxslərə maliyyə dəstəyi, sponsorluq, maliyyə resursları, texnoloji dəstək, mal və xidmətlər qadağan edilib.
Putinin Ukraynanın şərqindəki regionlarla bağlı qərarı Qərbin Rusiya prezidentinin hərbi müdaxiləyə başlayacağı ilə bağlı qorxularının daha da artmasına gətirib çıxarıb. Yüksək səviyyəli administrasiya rəsmisi jurnalistlərə bunun çox real təhlükə olduğunu bildirib.
O, Ağ Evin çərşənbə axşamı günü ABŞ-ın hesab etdiyi kimi “beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün və Rusiyanın özünün beynəlxalq öhdəliklərinin açıq şəkildə pozulması” ilə bağlı növbəti addımı elan edəcəyini deyib.
Ağ Ev bundan öncə bazar günü axşam ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə "prinsipcə" və yalnız Rusiya "hərbi əməliyyatlara başlamayacağı təqdirdə" görüşməyi qəbul etdiyini bildirmişdi.
ABŞ administrasiyası bir həftədən artıqdır Rusiyanın istənilən vaxt Ukraynaya müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edir.
Prezident Bayden cümə günü keçirdiyi mətbuat konfransında Putinin Ukraynaya müdaxilə etmək qərarını verdiyini və paytaxt Kiyevin hədəf alınacağını gözlədiyini bildirib.
ABŞ-ın hesablamalarına görə, Rusiyanın Ukrayna sərhədləri boyu ümumilikdə 190 min əsgəri qüvvəsi cəmləşdirilib.