Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:36 | 23 fevral 2022 | Çərşənbə
Məqaləyə 1055 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Prezident Vladimir Putinin Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanımasından sonra ABŞ və Böyük Britaniya çərşənbə axşamı Rusiyaya qarşı əlavə sanksiyalar elan etməyə hazırlaşır.
Yüksək rütbəli ABŞ rəsmisi, bazar ertəsi axşam jurnalistlərlə telefon brifinqində bildirib ki, “Rusiya beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün, habelə Rusiyanın beynəlxalq hüquq normalarının bu açıq şəkildə pozulmasına görə məsuliyyət daşıyacaq”. Lakin administrasiya rəsmisi bu addımların konkret nədən ibarət olacağı barədə məlumat verməkdən imtina edib.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trass da Rusiyanın addımlarını nəzərdən keçirdiyini bildirərək sanksiyalar barədə siqnallar verib. Digər tərəfdən Ukraynanın tələbi ilə bazar ertəsi axşam təcili toplanan BMT-nin Təhlükəsizlik Şurasının iclasında Fransa və Almaniya nümayəndələri çıxışları zamanı sərt tədbirlərdən danışıb.
Digər tərəfdən Prezident Co Bayden ilkin sanksiyalar paketini açıqlayaraq ABŞ şirkətlərinin separatçı bölgələrə yeni investisiya, ticarət və maliyyələşdirməni qadağan edib.
Administrasiyanın bir yüksək rütbəli rəsmisi Rusiyanın son addımları ilə bağlı deyib ki, “Bu, təkcə Rusiyanın təhlükəsizliyi ilə bağlı çıxış deyildi. Bu suveren və müstəqil Ukrayna ideyasına hücum idi. O (Putin) Ukraynaya tarixən Rusiyanın bir hissəsi kimi baxdığını açıq şəkildə bildirdi. Və o Ukrayna münaqişəsi ilə bağlı mümkün hərbi əməliyyatları bəhanə etmək üçün hazırlanmış bir sıra yalan iddialar irəli sürdü. Bu, müharibəyə haqq qazandırmaq üçün rus xalqına hesablanmış müraciət idi.”
Lakin rəsmi bu həftə sonu ABŞ Dövlət Katibi Antoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovla əvvəldən planlaşdırılan görüşün hələ də qüvvədə qalıb-qalmadığına aydınlıq gətiməyib. Görüşün məqsədi Putin və Bayden arasında mümkün sammitə zəmin yaratmaq idi.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı deyib ki, Rusiya tərəfi hələ də “danışıqlara hazırdır”.