Rusiyada Orucova 16 il cəza
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
10:19 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 762 dəfə baxılıb
Şriftin ölçüsü
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Dünyanın tanınmış analitikləri Rusiyanın Ukraynaya işğalının nəticələrini və dünya düzəninin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar. Bunlardan biri də ABŞ və dünyanın tanınmış filosofu və analitiki Frensis Fukuyamadır. O Amerika dərgilərindən birində Rusiyanın Ukraynaya işğalıyla bağlı 12 maddəlik proqnozunu dərc edib.
Birincisi, Fukuyama Rusiyanın Ukraynada hər mənada məğlub olacağı qənaətindədir. Filosof bunu belə izah edib: “Kreml elə bilirdi ki, Ukrayna ordusu işğalın ilk günü təslim olacaq, döyüşməyəcək və rus hərbçiləri Kiyevin mərkəzində rahat hərbi parad keçirəcəklər. Ancaq hazırda Rusiya ordusu Ukrayna ərazisində ilişib, ukraynalıların əks-həmlələri rus hərbçilərini yorur, resurslarını azaldır”.
Kreml hələ ki, itkilərini etiraf etmir, ancaq müharibənin uzanması Rusiyanın enerjisini tükəndirir, ordusunun və hərbi texnikasının qüsurlarını üzə çıxarır.
İkincisi, Fukuyamanın fikrincə, hazırkı şərtlər daxilində məsələnin diplomatik həlli yoxdur: “Eyni zamanda həm Rusiyanın, həm də Ukraynanı qane edəcək güzəşt variantı yoxdur”. Amerikalı alim BMT-nin bu münaqişədə də özünü tam mənasız təşkilat olduğunu göstərdiyini vurğulayıb.
Fukuyama haqlıdır. BMT sadəcə fikir mübadiləsi üçün məkandır. BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən birinin veto hüququndan istifadəsi kifayətdir ki, bu beynəlxalq təşkilat fəaliyyətsiz duruma düşsün. Səs çoxluğu ilə qəbul olunan qərarlar da yerinə yetirilmir.
Üçüncüsü, Fukuyama hesab edir ki, Ukraynaya hərbi təyyarələrin verilməsi heç nəyi həll etməyəcək. Onun fikrincə, Ukraynaya daha çox tank əleyhinə “Javelin”, təyyarələri və helikopterləri vura bilən “Stinger”lər vermək lazımdır. Yəni amerikalı alimin qənaətinə görə, ukraynalılar özləri döyüşməli, ancaq onları döyüşləri davam etdirmək üçün hərbi texnika ilə təmin etmək lazımdır.
Ukraynanın əsas hərbi hava limanları dağıdılıb. Rusiya Ukrayna səmasında tam üstünlüyə malikdir. NATO ölkələri Ukraynaya hərbi təyyarələr versələr belə, bu təyyarələrin havaya qalxması üçün hava limanları yoxdur.
Dördüncüsü, Fukuyama Rusiyanın məğlubiyyətinin Kreml sahibi Vladimir Putinin qüdrətini zəiflədəcəyini proqnozlaşdırıb: “Vladimir Putini bugünə qədər ona görə dəstəkləyirdilər ki, o güclüdür. Onun Ukraynada müharibədə zəifliyi özünü büruzə verən kimi ağır günləri başlayacaq. Putinin Avropadakı az saylı dostları da ondan üz döndərib”.
Həqiqətən Putinin reytinqi hərbi müdaxilə zamanı artıb. Ancaq Putinin ilk dəfə üzləşəcəyi məğlubiyyət onun reytinqinə mənfi təsir edəcək. Digər tərəfdən Kreml sahibinin ətrafındakı fiqurlar məğlubiyyət halında ondan uzaqlaşmağa çalışacaqlar. Amerika kəşfiyyatı Putinin beyin pozğunluğu barədə məlumat yayıb. Bu informasiya müharibəsinin tərkib hissəsidir. Çünki bu xəbər internetdə və sosial şəbəkələrdə geniş yayılıb. Bu xəbəri oxuyan Kreml sahibinin ətrafı kimə xidmət etdiyini anlamalıdır.
Beşincisi, Fukuyamanın fikrincə, Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər Çin üçün dərs olmalıdır: “Çin də Rusiya kimi hərbi texnikasını modernləşdirməyə çalışır. Ancaq Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətinin yüksək olmadığını göstərdi. Deməli, Çin də hər hansı məntəqədə müharibə başlayarsa eyni problemlə üzləşəcək. Ona görə Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Əks halda Çin Tayvanla müharibədə Rusiyanın Ukraynada üzləşdiyi oxşar çətinliklərlə üzləşəcək”.
Belə düşünülürdü ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Çini Tayvana hərbi müdaxiləyə həvəsləndirə bilər. Bu o zaman baş verərdi ki, Rusiya Ukrayna ilə müharibədə ilk gündən uğur qazanardı və Qərbi reaksiyası zəif olardı. Hadisələri diqqətlə müşahidə edən Pekin tələsmədi. Çünki Rusiya Ukraynada problemlərlə üzləşdi və Qərbin hərtərəfli sanksiyalarıyla üzləşdi. Buna baxmayaraq, Çin hərbi gücünü artırır və Tayvanı ələ keçirmək planlarından imtina etməyib. Çin münasib zaman gözləyir.