Baltikyanı ölkələrə zərbə hazırlığı
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
11:28 | 24 mart 2022 | Cümə axşamı
Məqaləyə 810 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ hökuməti müəyyən edib ki, Rusiya qüvvələri Ukrayna ərazisinə müdaxilənin gedişində müharibə cinayətləri törədiblər. Bu barədə martın 23-də ABŞ dövlət katibi Entoni Blinken bəyanat verib:
“Bugün mən hazırda olan informasiyaya istinadən bəyan edirəm ki, ABŞ hökumətinin qiymətləndirməsinə görə Rusiya qüvvələrinin üzvləri Ukraynada hərbi cinayətlər törədib. Bizim qiymətləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən alınmış məlumatların diqqətlə nəzərdən keçirilməsinə əsaslanır. İddia edilən hər hansı cinayət kimi bu cinayətlərin də spesifik epizodlarını müəyyənləşdirmək ədalət məhkəməsinin yurisdiksiyasındadır”.
Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi spesifik olaraq hərbi cinayətləri araşdırır.
ABŞ prezidenti Co Bayden martın 16-da jurnalistlərin suallarına cavab verərkən Vladimir Putini “hərbi cani” adlandlrmış, Kremlin qəzəbli reaksiyasına səbəb olmuşdu.
ABŞ hərbiyyəsi də martın 21-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müharibə cinayəti adlandırıb.
Avropa və Ukrayna rəsmiləri də Rusiya və Putin barədə bəyanatlarında bunu ifadə edirlər.
Elə Blinklenin özü də bundan əvvəl Rusiyanın Ukraynadakı hücumlarını “hərbi cinayət” adlandırmışdı.
Lakin o martın 23-də ilk dəfə olaraq “Rusiya Qüvvələrinin Ukraynadakı Hərbi Cinayətləri” adlı hökumət qiymətləndirməsini rəsmən bəyan edib: “Rusiya prezidenti Vladimir Putin bu səbəbsiz və ədalətsiz özbaşına müharibəni başlamaqla Ukrayna boyu ölüm və dağıntılara yol açan aramsız zorakılığa rəvac verib”.
Bəyanatda daha sonra deyilir: “Biz mülkilərə qarşı nizamsız və bilərəkdən hücumlara və başqa vəhşiliklərə dair çox sayda etibarlı məlumatlar əldə etmişik. Rusiya qüvvələri yaşayış binalarını, məktəbləri, xəstəxanaları, həyati infrastrukturu, fərdi avtomobilləri, ticarət mərkəzlərini və təcili tibbi yardın ambulanslarını dağıtmaqla minlərlə günahsız mülkiləri öldürüb və yaralayıb”.