
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Ağ Evin veb səhifəsində bildirilib ki, ABŞ Avropa İttifaqı və “Böyük yeddilər”ə (G7) birlikdə Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar yeni sanksiyalar elan edib.
Məhdudlaşdırıcı tədbirlər 600-dən çox fiziki və hüquqi şəxsə şamil edilib. Onların arasında separatçı “LPR” və “DXR”in müstəqilliyinin tanınmasına səs verən Dövlət Dumasının 328 deputatı, bir təşkilat olaraq Dövlət Dumasının özü, “Sberbank”ın rəhbəri German Qref də var.
Siyahıda “Sovkombank”ın idarə heyətinin və müşahidə şurasının 17 üzvünün adı var. Onların arasında bankın ortaq sahibləri Mixail Klyukin, Sergey və Dmitri Xotimskilər və Mixail Kuçment də adı ver. Bankın özü ABŞ sanksiyalarına fevralın 25-də məruz qalıb.
Sanksiyalar həmçinin Ukraynada hərbi əməliyyatlarda istifadə olunan hərbi texnika sənaye kompleksinin 48 şirkətinə də şamil edilib.
ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Rusiya Federasiyasının Mərkəzi Bankı ilə qızılla bağlı hər hansı əməliyyat qadağandır.
Burada söhbət siyahıda olan fiziki və hüquqi şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasından, Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla hər hansı əməkdaşlığının qadağan edilməsindən gedir.
Rusiyanın fevralın 24-də Ukraynaya hərbi təcavüzündən sonra Avropa İttifaqına üzv və digər ölkələr ona qarşı bir neçə sanksiya paketi qəbul edib. Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə İran, Suriya və Şimali Koreyanı ötüb və bu siyahıda lider olub.
Bundan əvvəl ABŞ-ın Maliyyə Nazirliyi sanksiyalara məruz qalan şəxslərin siyahısının genişləndirildiyini açıqlamışdı. Yenilənmiş siyahıya Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina da daxil edilmişdi.
Həmin sanksiyalar siyahısına həmçinin Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov və hərbi idarə rəislərinin müavinləri - ordu generalı Dmitri Bulqakov, general-polkovnik Yunus-Bek Yevkurov, general-polkovnik Yuri Sadovenkov, general-polkovnik Gennadi Jidko, Timur İvanov, Aleksey Krivoruçko və Nikolay Pankov daxil idi.
Bundan başqa sıyahıda “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev, ukraynalı pilot Nadejda Savçenko və Sergey Maqnitskinin işi üzrə hakim Natalya Muşnikovanın da adı var.
Rusiya Xarici İşlər Nazirliyi bütün bunlara cavab olaraq, ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken də daxil olmaqla, ABŞ rəsmiləri və siyasətçilərini “stop list”ə salıb.