vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
Dörd səbəbdən biri baş verərsə ... 15:28 | 27 mart 2022 | Bazar Məqaləyə 579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd səbəbdən biri baş verərsə ...

Rusiya nüvə silahından nə vaxt istifadə edə bilər?

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Moskvanın nüvə silahından istifadə etməsinin dörd səbəbini sadalayır.

Dmitri Medvedev “Sputnik Radiosu”na müsahibəsində bildirib ki, Rusiya bir sıra hallarda nüvə silahından istifadə edə bilər. Amma o, dərhal da bildirb ki, Ukrayna ilə danışıqlara ümid edir.

Medvedev Moskvanın nüvə silahından istifadə etməsinin dörd səbəbini sadalayıb:


- nüvə silahından istifadə olunmaqla Rusiyaya raket hücumu,

- Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı nüvə silahının digər istifadəsi,

- ölkənin kritik infrastrukturuna müdaxilə,

- Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı ölkənin mövcudluğuna təhlükə yaradan təcavüz aktı olarsa.


Medvedev deyib ki, ona sual verildiyi üçün bu məsələdən danışır: “Aydındır ki, biz ən çətin situasiyalarda, məsələn, hazırda Ukrayna ətrafında inkişaf etməkdə olan hadisələrlə bağlı danışıqlar, diplomatik səylərdən çıxış edirik- bütün hallarda bu ən yaxşı və ən doğru yoldur” - Medvedyev əlavə edib.