vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
Putinin 8 il əvvəlki hədəsi 15:31 | 28 mart 2022 | Bazar ertəsi Məqaləyə 531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin 8 il əvvəlki hədəsi

“İstəsəm Rusiya ordusu 2 günə nəinki Kiyevi, Vilnüsü, Riqanı, Tallini, Buxaresti və Varşavanı da tutar”

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbasda gedən müharibə zamanı Ukrayna prezidenti Pyotr Poroşenkonu “istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib. Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

Bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsü, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, - Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, - o bildirib. (virtualaz.org)