
... Prezidentlə görüşdü
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi və ...
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi və ...
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi və ...
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi və ...
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi və ...
Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi Azərbaycanda səfərdədir. Səfərin rəsmi izahı kimi, təbii ki, iki ölkə arasındakı əməkdaşlıq və regionda son vaxtlar baş verən hərbi-siyasi, geosiyasi hadisələrin müzakirəsi göstərilir.
Əlbəttə, dünyada artan Rusiya aqressiyası və bunun Qafqaza, konkret olaraq Azərbaycana da sirayət etməsi ehtimalları üzərində də məsləhətləşmələr mümkündür. Xüsusilə Böyük Britaniyanın Azərbaycanda, konkret Xəzər dənizində nəhəng neft-qaz layihələrində ciddi payının olması, rus şovinist və eksponsionist siyasət adamlarının da zaman-zaman Azərbaycanı açıq mətnlə hədələməsi, guya Bakının bombalanması zərurətinin olması barədə yaratdıqları səs-küy fonunda ingilis hərbi nazirinin Bakıya səfəri sıradan bir olay deyil. Xatırladaq ki, Böyük Britaniya digər Qərb ölkələrindən fərqli olaraq, 2020-ci ilin sentyabrında başlayan və 44 gündən sonra Azərbaycanın tarixi zəfəri ilə bitən II Qarabağ Savaşı zamanı da özünü etibarlı tərəfdaş kimi nümayiş etdirmişdi. Heç kəsə sirr deyil ki, məhz Britaniyanın vermiş olduğu güclü beynəlxalq siyasi dəstək sayəsində rəsmi Bakı ona yönələn bir çox haqsız, iki standartlara söykənən təzyiqləri dəf edə bilmişdi. Bu gün də Avrasiyanın yenidən şəkilləndirildiyi, Azərbaycanın da daxil olduğu nəhəng geosiyasi və geoiqtisadi formasiyada Britaniyanın tutduğu müəyyəndici mövqe bir çox regional məsələlər barədə nəticələr çıxarmağa imkan verir. Bu mənada Britaniyanın bütün gücü ilə Ukraynanı da müdafiə etdiyinin şahidi oluruq və təbii ki, bütün bu proseslər vahid bir qlobal layihənin tərkib hissəsidir.
Londonun, əsasən Avropa Birliyindən çıxdıqdan sonra “West-East” (WE - BİZ) adlandırdığı qlobal layihədə Türk Dövlətlərı Təşkilatına daxil olan türk dövlətləri ilə yanaşı Macarıstan, Ukrayna, Pakistan, hətta İsrailin yer aldığı barədə məlumatlar var. Uzun sözün qısası Azərbaycan hər zaman olduğu kimi, bu gün də Böyük Britaniya üçün regional planda açar ölkədir və ölkəmizin təhlükəsizlik məsələsi həm də bu dərin tərəfdaşlığa bağlıdır. Azərbaycanla hərbi-siyasi müttəfiq olan qardaş Türkiyənin də son illər Böyük Britaniya ilə birlikdə nəhəng hərbi-sənaye layihələri icra etdiyini də unutmayaq.
Bu yazını yazmaqda məqsədim odur ki, bəziləri artıq anlamış olsunlar ki, müstəqil Azərbaycan daha heç vaxt Rusiyanın aşırı himayəsi altında, yaxud onun tamamən təsir zonasında bir dövlət olmayacaq. Bu haqda düşünənlər, plan-proqram tutanların arzuları elə arzu olaraq da qalacaq!
Yəni, Bakı əmniyyətdədir! Rusiyanın sərsəm siyasətçilərinin reallıqdan uzaq sərsəm bəyanatları elə "it kimi hürüb quyruq bulamaq"dan o tərəfə keçə bilməz. Hər zaman demişəm, indi də təkrarlamaqda fayda görürəm, Bakı, hətta ağıllarda nəhəng güc kimi şişirdilən Rusiya üçün nə Tiflis, nə Kiyev, nə Minsk, nə Astana, nə İrəvan, nə Kişinyov, nə də başqalarıdır! Bakı qlobal miqyasda öz yeri olan beynəlxalq statusa malik bir Avropa paytaxtıdır! Bakını bombalamaq, yer üzündən silmək, neft-qaz layihələrindən məhrum etmək, hətta məhəlli sözlə ifadə eləsəm, kimsənin başı üçün olan bir iş deyil. Rusiya dövlət rəhbərlərinin hövlnak, tələm-tələsik çıxıb üzr istəmələri, bu sərsəmliyə izahat vermələri də ondan idi. Atom bombası və ya uzaqmənzilli raketlərə sahib olmaqla ilə deyil. Biz qəbul etsək də, etməsək də İngilislər və onların qurduğu qlobal siyasi sistem son 500 ildir dünya siyasətinə yön, istiqamət verən əndər reallıqlardan biridir. Sadəcə ingilislərlə bərabərhüquqlu əsaslarda anlaşmağın yolunu tapmağı bacarmaq lazımdır. İngilislərin ən üstün və qəbul olunan cəhəti budur ki, onlar dağıdıcılıqdan çox, quruculuğa, yenilənməyə meyillidirlər, həm də anlaşmağı bacarır, anlaşmalara sadiqdirlər, region insanlarını, regionun tarixi-ənənələrini qəbul edir, onu sayır, ona sayğı ilə yanaşa bilirlər. Təbii ki, ingilislərin də tarixdə çox qanlı hadisələrdə yaddaşlara köçən pis əməlləri olmuşdur. Ancaq gəlin razılaşaq ki, Britaniya Krallığının beynəlxalq siyasətində ciddi təkamüllər də baş vermişdir və bu günün ingilis isteblişmenti 1800-cü illərin isteblişmenti deyil.
Bəlkə də birilərinə çox qəribə gələcək, ancaq mən oxuduqlarımdan, öyrəndiklərimdən o qənaətə gəlmişəm ki, hətta 1918-ci ildə Milli Hökumət qardaş Türkiyə Osmanlı ordusunun köməyi ilə erməni-bolşevizm terrorçularını bütün cəbhələrdə darmadağın edib Bakıya köçəndə, İngilis hökuməti ilə anlaşmanın yollarını tapa bilmədiklərindən, bölgədə əsas hakimi-mütləqin məhz Azərbaycanlılar olduğunu tam izah edib onları inandıra bilmədiklərindən, əksinə ingilisləri Bakıdan qovduqlarına görə, çox yox, iki il sonra Qırmızı Ordunun işğalı vaxtı müstəqilliyimizi qoruyub saxlamaq yolunda ciddi beynəlxalq dəstəyi itirməli olmuşduq. Bəlkə də hələ o vaxt ingilislərlə doğru-dürüst anlaşmağı bacarsaydılar qurucu babalarımız, Azərbaycan öz müstəqilliyini də günümüzə qədər qoruyub saxlaya bilərdi. Bütün bunları, təbii, bir ingilis sevdalısı olmağımdan dolayı yazmadığımı da yəqin anlayırsınız. Mən sadəcə dünyada real güc balansının daha çox hansı tərəfdə ağırlıq yaratdığının fərqindəyəm və bu planda Böyük Britaniya Rusiya üçün ABŞ-dan da təhlükəli bir faktordur. Məhz bu kontekstdə Britaniya-Azərbaycan dərin tərəfdaşlığının regional və qlobal miqyasda əhəmiyyəti ölçüyəgəlməzdir. Bu gün, şükürlər olsun ki, Britaniya Krallığı da öz növbəsində Azərbaycanın Şərqdən Qərbə uzanan coğrafiyada geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində nə böyüklükdə əhəmiyyətə malik olduğunu anlayır və ölkəmizin mövcudluq şərtlərindən həm də biri bunu adadakıların başa düşməsidir. Elə ona görə də Britaniyanın ən üst səviyyə rəsmilərinin, eləcə də ən son hərbi nazirin Bakıya tez-tez səfərləri qeyd elədiyimiz əhəmiyyətə yeni rəng qatır.