Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:25 | 4 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 1454 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya olduqca sarsıdıcı, ölümcül sanksiyalar tətbiq edildi. Bu sanksiyalar ölkə daxilində əhalinin sosial durumuna ciddi təsir göstərir. Rusiyada yaşayan və çalışan həmyerlilərimiz də bu vəziyyətdən təsirlənir. Hazırda qonşu ölkədən Azərbaycana daxil olan vəsaitdə kəskin azalmalar var. Bu səbəbdən artıq bəzi insanlar Azərbaycana geri qayıtmağı düşünür.
Mövzuyla bağlı iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, əslində, Rusiyadan gələn vəsait Azərbaycanda kifayət qədər ciddi rol oynayırdı: “Əsasən də bəzi regionlarda əhalinin sosial vəziyyətinin, sosial problemlərinin həllində Rusiyadan gələn vəsaitin rolu kifayət qədər yüksəkdir. Buradan ölkəyə daxil olan vəsaitin pik həddi 2012-ci ildə oldu. Həmin il ərzində Rusiyadan Azərbaycana təqribən 3.8-3.9 milyard dollar pul daxil olmuşdu. Amma son illər daxil olan vəsait 1 milyard civarındaydı. İndi təbii ki, bu rəqəm xeyli azalacaq. Ola bilsin ki, bir müddət Rusiyadan vəsait daxil olması dayansın. Bu, vəsaitlə öz sosial-iqtisadi problemlərin həll etməyə öyrəşmiş ailələrə çox ciddi təsir göstərəcək”.
Ekspert iqtisadi çətinliklərə görə azərbaycanlıların vətənə qayıtmasını istisna etməyib: “O ki qaldı köçün baş verməsinə, bəli, belə faktlar ola bilər. Düzdür, indidən bunun kütləvi hal alacağını düşünmürəm. Çünki 2014-cü ildə də Krıma görə sanksiya tətbiq olundu, rubl dəyərdən düşdü, iqtisadi çətinliklər yarandı, ancaq azərbaycanlılar həmən vətənə qayıtmaqla bağlı qərar vermədilər. Çünki Azərbaycana qayıdanda da eyni problemlərlə, yəni işsizliklə, biznes qurmaqla bağlı çətinliklər yaşaya bilərdilər. Bütün bunlar onların vətənə qayıtmaq istəyinin gecikməsinə səbəb oldu. İndi də mən düşünürəm ki, həmyerlilərimiz bir müddət gözləmə mövqeyi tutacaqlar.
Yəni hələlik kütləvi köçün olacağını düşünmürəm. Ən azı bir neçə ay gözləyəcəklər. Vəziyyətin düzəlməsi, sabitləşməsi üçün hansı addımların olmasına baxacaqlar. Əgər, doğrudan da, vəziyyət daha çox pisləşsə, o zaman kütləvi köç başlaya bilər. Təqribən payız aylarında bu baş verə bilər. Ona görə də, ölkə buna hazırlaşmalıdır. İndiki dövrdə Azərbaycan buna hazır deyil”. (Modern.az)