vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 12 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
“Danışmağa da hazırıq, döyüşməyə də” 12:17 | 10 aprel 2022 | Bazar Məqaləyə 859 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Danışmağa da hazırıq, döyüşməyə də”

Zelenski: “Ukrayna hər zaman müharibəyə son qoymaq üçün hər hansı bir yolu axtarmağa çalışır”

Moskva qüvvələrinin mülki vətəndaşlara qarşı ölümcül hücumlarına dair iddialar fonunda Ukrayna Prezidenti Vladimir Zelenski deyir ki, onun ölkəsi Rusiya ilə danışıqları davam etdirməyə “hələ də hazırdır,” amma Ukrayna lazım olsa “döyüşməyə də hazırdır”.

Zelenski bunu aprelin 9-da Kiyevdə Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında deyib. Karl Nehammer Rusiya qüvvələri paytaxt Kiyev ətrafından geri çəkiləndən sonra müharibənin viran qoyduğu ölkəyə səfər edən bir sıra Avropa rəsmiləri və liderlərindən biridir.

“Ukrayna hər zaman danışıqlara və bu müharibəyə son qoymaq üçün hər hansı bir yolu axtarmağa hazır olduğunu deyib”, Zelenski bildirib.

“Bununla bərabər, təəssüf ki, biz şərqdə vacib - bəzi insanların dediyinə görə, həlledici -döyüşlərə hazırlığın aparıldığını görürük”, o, Rusiya ordusunun Ukraynanın şərq və cənub ərazilərində yeni hücumlar edəcəyinə dair gözləntilərə istinad edərək deyib.

“Biz döyüşməyə və paralel olaraq bu müharibəyə diplomatiya yolu ilə son qoymağın yollarını axtarmağa hazırıq”, o əlavə edib.

“Şərqdə və cənubda ərazimizin başqa bir hissəsini işğal etməyə hazırlaşan qoşunlar, silah və avadanlıqların cəmləşdirildiyini görmüşük”, Zelenski deyib.

Nehammer aprelin 9-da Kiyev yaxınlığında Buça şəhərini ziyarət edib. Rusiya qüvvələrinin şəhərdən geri çəkilməsindən sonra orada minlərlə mülki vətəndaşın öldürüldüyü üzə çıxıb. Bir çoxlarının cəsədləri küçələrdə, əlləri arxalarında bağlanmış vəziyyətdə tapılıb.

“Avstriya Rusiyanın təcavüzünə qarşı müvaqimətimizdə bizi dəstəkləyir. Federal kansler Karl Nehammerin Kiyevə səfəri Ukrayna xalqı ilə həmrəyliyin vacib təzahürüdür”, Zelenski “Telegram” kanalında yazıb.

Ukrayna və Rusiyadan vasitəçilər danışıq aparmaq üçün son dəfə martın 29-da görüşüblər.