vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
“Moskva” batdı 10:29 | 15 aprel 2022 | Cümə Məqaləyə 824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Moskva” batdı

Dvornikovun hərbçiyə yad əxlaqı, Kutuzova xas olmayan ağlı

Tərlan EYVAZOV

“Moskva” adlı Rusiya hərbi kreyserinin batmasının rəsmən təsdiqlənməsi baş verdi. Aşağıda bu sahənin mütəxəssisi olan zabitin məsələnin təfərrüatı haqqında məzmunlu, qısa fikirləri var. Ekspertlər, rus donanmasının flaqmanlarından sayılan, göyərtəsində digər uzaqvuran raketlərlə yanaşı güclü Hava Hücumundan Müdafiə (HHM) qurğuları olan bu gəminin nədən özünü müdafiə edə bilməməsi ilə bağlı xeyli baş sındırırlar. Həqiqətən kreyserin, ona zərbə vuran Ukrayna “Neptun”undan ( həmçinin digər raketlərdən) qorunmaq imkanları olub, amma bacarmayıb. Ona görə ki, nəinki quru qoşunlarında, həmçinin hərbi donanmada rusların vəziyyəti elə ruscadır. Öz dilləri ilə desək “polnıy bardak!” Xidmət, təchizat, kadr və s. aşağı səviyyədədir. Rusiya Silahlı Qüvvələrində sərxoşluq və özbaşınalıq və s nizamnamədən kənar hallar olduğundan, müharibə aparan orduda bu nəticə gözlənilən idi.

Son baş verənlərin ardıcıllığı:

- Federal Təhlükəsizlik Xidmətinin (FTX) 5-ci idarə (kəşfiyyat) rəisi general Beseda məhz bu əməliyyata cavabdeh şəxs kimi əvvəl ev dustağı idi, hazırda Lubyankada həbsdədir. Onunla birlikdə 20-dək əməkdaş həbs olunub və ya kənarlaşdırılıb.

- Rusiyanın 150 nəfər diplomatı dünya ölkələrindəki rus səfirliklərindən qovulub. Təbii ki, həmin şəxslərin hansı idarəyə mənsub olduğunu təxmin etmək çətin deyil.

- Rusiyanın Ukraynadakı rezidenti, 5-ci kolonun lideri, Putinin qızının xaç atası V.Medvedçuk, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Son illər ona fəaliyyəti üçün Rusiyanın milyard dollardan çox vəsait ayırdığı bildirilirdi.

- Maripolda Azova köməyə gələn dəniz desantçıları tapşırığı yerinə yetirib, şəhərin qəhrəman müdafiəçiləri ilə birləşiblər. Rus propaqandası əvvəl 250, sonra 500, indi isə 1000-dən çox Ukrayna dəniz piyadasının əsir götürüldüyünü bəyan edir, amma ekranda cəmi bir maşın adam görünür. Məsələ ondadır ki, tam blokada şəraitində olan, Ukrayna Ordusunun əsas qüvvələrindən xeyli uzaqda (təxminən 70 km) olan şəhərə yalnız kiçik kəşfiyyat-diversiya qrupları şəklində sızmaq olar. Onlar bunu edərkən müəyyən qrupların mühasirəyə düşüb əsir alınması gözləniləndir. Amma briqadanın əsas heyyəti Azovla birləşib, bunu hər iki komandirin birgə videomüraciətində gördük. Həmçinin şəhər müdafiəçilətinin əvvəlcədən xeyli silah, sursat, ərzaq, su tədarük etdiyini və etibarlı bunkerə malik olduğunu rus mətbuatı da etiraf edir. Digər tərəfdən hələ çeçen müharibəsi dövründən rus komandirlərin bütün əxlaqi keyfiyyətlərdən uzaq olduğunu, necə pula satıldıqlarını ukraynalılar da bilməmiş deyil. 

Hazırda, şərq cəbhəsində, Suriyada dinc şəhərləri bombalamaqda ad çıxarmış general Dvornikovun başçılığı altında növbəti, geniş miqyaslı döyüşə hazırlıq gedir. Bütün məqamları incələyərkən rus ordusunun qalib ola biləcəyi mümkün görünmür. Hətta bu qəssabın heç nəyə baxmadan ən böyük qurbanlar hesabına irəli gedə biləcəyini qəbul etsək belə, bu halda Rusiyanı öz ordusundan məhrum ola biləcəyi şəksizdir. Bunlarda heç olmasa 1812-ci ildə Kutuzovda olan ağıl olaydı. Borodina döyüşünə girəndə rusun 100 min, Napoleonun 150 min qoşunu var idi. Döyüşdən sonra 50 minlik qoşunu qalan Kutuzov, Moskvanı 100 min qoşuna, malik Napoleona buraxmağa məcbur oldu ki, heç olmasa rus qoşununun qalığını qoruya bilsin, ölkə ordusuz qalmasın...

Bu arada isə növbəti uğursuzluqdan qeyzlənən rus telekanallarındakı ekspertlər, Putini düşmənə nüvə zərbələri vurmağa çağırırlar. Məntiq isə bunu proqnozlaşdırmaqda aciz görünür...