
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Rusiyanın Ukraynaya işğal hücumu “yeni soyuq müharibə”ni də aktuallaşdırdı. Əslində “soyuq müharibə” şərtləri Rusiyanın ABŞ və NATO-ya “təhlükəsizlik müqaviləsi” tələbi ilə gündəmə gəldi və Ukraynadakı müharibədən öncə də prosesin “yeni soyuq müharibə”yə doğru getdiyini, həm də sanki “planlaşdırılmış” şəkildə olduğunu yazırdıq.
Türkiyə rəsmiləri artıq “yeni soyuq müharibə”nin başladığının anonsunu verirlər.
“Yeni soyuq müharibə” niyə lazımdır?
Qərb və SSRİ arasındakı “soyuq müharibə” üç əsas prinsipə söykənirdi:
Qarşıdurma: ABŞ və SSRİ bu qarşıdurma və hərbi yarış üzərindən öz cəbhələrini “diri saxlayır”, liderlik rolunu qoruyurdu; “xarici təhlükə” hər iki cəbhədə Vaşinqton və Moskvanın ətrafında sıx birləşməni də təmin edirdi.
Müttəfiqlik: təhlükə hər iki cəbhədə müttəfiqliyi şərtləndirirdi; Vaşinqton Berlin divarının qərbində, Moskva şərqində öz koalisiyalarına rəhbərlik edirdilər.
İdeologiya: dünya sosializm və kapitalizm, həm də “dəmir pərdə” və “azad dünya” arasında bölünmüşdü, müttəfiqlik prinsipi də bu ideologiyaya əsaslanırdı.
“Soyuq müharibə”dən sonra SSRİ-nin yerində qalan Rusiya yeni beynəlxalq nizamla razılaşmış, ABŞ “tək güc”ə çevrilmişdi, lakin qarşıdurmanın zəifləməsi, “təhlükə”nin aradan qalxması Vaşinqton üçün problemlərdən biri idi, xüsusilə müttəfiqlər və ideologiyanın məhz təhlükə üzərində inşa edilməsi prinsipi baxımından.
11 sentyabr hücumundan sonra yeni təhlükə “terrorla mübarizə”, əsas ideologiya demokratiya oldu. Hərçənd, XXI əsrin ilk onilliyində ABŞ-ın dünya üzərində müttəfiqlərinin genişləndirməsi və güclənməsi ilə nəticələnən bu prinsiplərin ikinci onillikdə effekti azalmağa başladı:
- İdeologiya zəiflədi: İraqa müdaxilə (sonradan ABŞ-ın səhvlərini etiraf etməsi), Yaxın Şərqdə müharibə, Əfqanıstan nümunəsi və s. demokratiyanın aşınmasına, “müdaxilə aləti” kimi qəbul edilməsinə gətirib çıxardı;
- Təhlükənin kiçildi: terrorizmlə mübarizə zaman keçdikcə “təhlükə” miqyasını azaltdı, ideologiyanın aşınmasına paralel olaraq, bunun da “müdaxilə aləti” olduğu fikri önə çıxdı (terrorçuların ABŞ tərəfindən dəstəklənməsi iddiaları, seçki kampaniyasında prezidentliyə namizədlərin bununla bağlı etirafları daha da gücləndirdi);
- Müttəfiqlər itirildi: bütün dünyada yeni müttəfiqlər qazanan ABŞ xüsusilə əsrin ikinci onilliyində Qərb blokunda – Avropada müttəfiqlərini itirməyə başladı; NATO daxilində cəbhələşmə, “Avropa ordusu”nun yaradılması ideyası, Rusiya və Çinlə yaxınlaşma və s;
Və ən mühüm amil ABŞ-ın tək güc olduğu dünyanın xüsusilə Çinin böyüməsi ilə çoxqütblü sistemə doğru getməsi reallığı ortaya çıxdı.
İdeologiyanın güclənməsi və müttəfiqlərin birləşdirilməsi üçün “yeni soyuq müharibə” zərurəti var. Ukraynada müharibə məhz bunun başlanğıcı olaraq görünür. Və Rusiyanın işğal hücumu ABŞ-a imkan yaratdı ki:
- qarşıdurma və təhlükənin miqyasını böyütsün;
- təhlükə qarşısında müttəfiqlərini birləşdirsin;
- ideologiyanı gücləndirsin;
Bunun üçün Rusiya Qərb cəbhəsinə qarşı bütün rıçaqlarından imtina edərək, ABŞ-ın “əlinə oynadı”. “Ukraynada geosiyasi hesablaşma: dünya yenidən bölünür” adlı məqalədə bu haqda geniş yazmışam. Qısa xülasəsi belədir:
- ABŞ və Rusiya Ukraynada müharibə ilə Çinin dünyanın yeni gücü və ikinci qütb olmasının qarşısını alır;
- Rusiya bu planda – Vaşinqtonun Qərb cəbhəsini birləşdirməsində ABŞ-a böyük ölçüdə “dəstək” verdi: hücumun başlandığı günə qədər mövcud olan şərtlər və hücumun başlanması ilə şərtlərin dəyişməsi bu versiyanı gücləndirir;
- ABŞ-a “kömək edən” Rusiya əvəzində keçmiş SSRİ məkanında təsirinin de-fakto tanınmasını ala bilər: bu, Moskvaya “dünya gücü” kimi qəbul edilmək və Çinin təsir coğrafiyasının qarşısını almağa imkan verə bilər;
Vaşinqton qədər şansları böyük olmasa da “Yeni soyuq müharibə” Moskvaya da lazımdır.
Baydenin Ukraynadakı müharibə haqda “bu, tiraniyanın azad dünya ilə savaşıdır” sözləri də zəifləyən ideologiyanın yenidən ön plana çıxarılacağından xəbər verir: Rusiya tiraniya, Qərb azad dünya olur, böyük ehtimalla Ukrayna yeni “Berlin divarı” olacaq;
Biz “divarın” hansı tərəfində qalacağıq? Əsas sual budur.
İki cəbhədən birini seçmək bütün hallarda itki deməkdir, bu baxımdan, hələ ki, ən unikal yol “neytral ölkə” olmaqdan keçir.