Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
11:40 | 26 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 832 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq iki aydan çoxdur davam edir. Tərəflərin sülh danışıqları dalana dirənib. Kreml Ukraynadakı ilkin hədəflərini ölkənin şərqindəki Donbası tam tutmağa yönəldib. “The Financial Times” qəzeti Moskvanın Ukraynaya qarşı “xüsusi əməliyyat”ı Qərblə “müharibə”yə çevirmək ehtimalından yazır.
***
Müəllif Maks Seddon qeyd edir ki, Ukraynanın müdafiəsini qıra bilməməsinə, ağır itkilər verməsinə, hərbi məğlubiyyətlərə baxmayaraq, Kreml dediyindən dönmür: Prezident Vladimir Putinin işğal hədəfləri tam yerinə yetiriləcək.
Qəzet Moskvayla Kiyev arasında sülh danışıqlarına vasitəçilik edənlərə istinadla yazır ki, Putinin Ukrayna dövlətçiliyinə son qoymaq hədəfi dəyişməz qalır. Bu isə o deməkdir ki, o, uzadılmış münaqişəyə hazırlaşır, Donbasın “azad olunması” ilə kifayətlənənə oxşamır. Putin Ukraynanın cənub-şərqini tutaraq ölkənin Qara dənizə çıxışını kəsmək, gələcək hücumlar üçün platforma yaratmaq istəyir, həmin şəxslər belə deyirlər.
“O taktikdir… cüdoçudur, yalan manevr edərək səni çiyninin üstündən atmaq istəyir”, – danışıqlardan xəbərdar şəxslərdən biri Putinin cüdo sevgisindən söz açır. Onun fikrincə, Putin sağlam mühakimə yürütmür, beynində dünyanın təhrif olunmuş mənzərəsi var və ssenariləri dəyişib: “İştaha yeməklə gəlir”.
***
Moskvada yaşayan nüfuzlu bir maqnat da münaqişənin davam edəcəyini düşünür, çünki Putin bunu ölkədə uğur kimi təqdim edir.
Müstəqil hərbi təhlilçi Pavel Luzin cəbhədə baş verənləri yuxarıya dəqiq çatdırılmadığını düşünür. Onun fikrincə, bu, Rusiyanın hücumunu əngəlləyəcək, gələn ay əməliyyatlara fasilə verməyə məcbur edəcək.
Ukrayna rəsmiləri daha öncə deyirdilər ki, Putin mayın 9-da – 2-ci Dünya müharibəsində sovet qələbəsinin ildönümündə zəfərini elan etmək istəyir. Ancaq indiyədək hərbi uğurların sayı çox deyil, sülh danışıqları dayanıb. Bu arada Kremlin uzunmüddətli münaqişəyə hazırlaşmasının əlamətləri görünür. Moskva buna Qərblə proksi müharibə kimi baxır.
Artıq dövlət televiziyasının ritorikası da dəyişib. Aparıcılar müharibədə uğurun azlığını Qərbin Ukraynaya dəstəyinə bağlayırlar.
***
“Royal United Services Institute” təhlil mərkəzindən Cek Uotlinq deyir ki, cəbhədə üstünlük qazanmaq üçün Rusiya canlı qüvvə sayını əhəmiyyətli dərəcədə artırmalıdır. Bundan ötrü çağırışçılar qalmaq şərtilə rezervistlər, könüllülər də səfərbər olunmalıdır. Bu zaman Kreml artıq “xüsusi əməliyyat” deyil, tammiqyaslı müharibə apardığını etiraf etməlidir.
Digər tərəfdən, Donbas hücumu müharibəni bitirməkdənsə, onu genişləndirə bilər. Elə ötən həftə Rusiya generalı Rüstəm Minnikayev qonşu Moldovaya hücuma eyham vururdu.
Müharibənin ilk günlərində Ukrayna paytaxtı Kiyevi tutmağa çalışan Rusiya qüvvələri sərt müqavimətlə üzləşib, geri çəkilməli olub.
Hazırda Kreml Ukraynanın şərqi Donbas regionunu tam tutmağa çalışır. 2014-cü ildə Krımı ilhaq edən Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb. Bu ilin fevralında Donetsk və Luqanskda qondarma qurumların müstəqilliyini tanıyan Putin Ukraynaya hücum əmri verib.