
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran Azərbaycanında mədəni fəallar və bəzi yerli siyasətçilər illərdir müxtəlif bölgələrdə yerlərin tarixi türk adlarının dəyişidirilməsinə etiraz edib. Bu yaxınlarda Ərdəbil vilayətində mədəni fəallar adları dəyişdirilmiş bəzi kəndlərin girişindəki lövhələr üzərində kəndlərin orijinal adlarını yazıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, Germi şəhərində adı “Darin Kabud” olaraq dəyişdirilmiş “Dərin Köhül” kəndi, adı “Zangbar” olaraq dəyişdirilmiş “Zəngəvar” və adı “Pormehr”-ə dəyişdirilmiş “Pəlmə Yer” kimi kəndlərin lövhələrinin üzərinə kəndin orijinal adlarını yazdırıb.
Pəhləvi dönəmindən bəri İran Azərbaycanı başda olmaqla İranın müxtəlif bölgələrində adı türkcə olan bir çox şəhər, kənd, çay, dağ və digər yerlərin adları farscaya dəyişdirilib.
2014-cü ildə Qərbi Azərbaycan vilayətinin ovaxtkı vali müavini Hadi Bahadıri “Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini” qeyd etmişdi.
İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi almaqda da çətinlik çəkirlər. Bəzi ailələr şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.
Keçən ay İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcəyini bildirmişdi. Tehran polisi isə daha əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin yasaq olduğunu açıqlamışdı.