vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Polşa Rusiyadan asılı deyil 08:57 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 812 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşa Rusiyadan asılı deyil

Oktyabrdan yeni qaz kəməri istifadəyə veriləcək

Polşanın baş naziri Mateuş Moravetski öz ölkəsinin Rusiyanın qaz asılılığından çıxdığını bəyan edib. O deyib ki, Rusiya qazından asılılığını kəsməklə Polşa suverenliyini nümayiş etdirib: “Ehtiyatlılığımızın sayəsində, bu gün Polşa Rusiya qazından müstəqil olub”.

Moravetski qeyd edib ki, Polşanın qaz anbarları həmişə olduğu kimi doludur və anbarlar hər gün 100 faiz doldurulacaq.

Onun sözlərinə görə bu qazın 78 faizi şimaldan, cənubdan, qərbdən və Polşanın öz ehtiyatlarından gəlir.

***

Bundan əvvəl Polşanın “PGNiG” qaz şirkəti bildirdi ki, Rusiya aprelin 27-dən bu ölkəyə qazın nəqlini dayandıracaq.

“İnterfax” agentliyi “Gazprom”un nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb. “PGNiG”in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb.

***

Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan daha isti yaz-yay mövsümü gəlir.

Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.

Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.

Bu da xəbər verilir ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və “Gazprom” şirkəti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi.

Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir.

Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.

Bolqarıstan hökuməti də bildirib ki, “Gazprom” şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb.

“Bulqarqaz” şirkəti bildirir ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir.