 
                    
                     
                 16:43 | 10 mart 2014 | Bazar ertəsi
                Məqaləyə 2247 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                16:43 | 10 mart 2014 | Bazar ertəsi
                Məqaləyə 2247 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                Prezidentin razılığı olmadan məmurlara xaricə səfər etmək qadağan olunub. Avropa.info xarici mətbuata istinadən mətbuata istinadən xəbər verir ki, Özbəkistan prezidenti vəzifəli şəxslərin xaricə səfər etmək, ezamiyyətə getmək üçün xüsusi razılığın verilməsi ilə bağlı təlimat imzalayıb.
Ölkə başçısı İslam Kərimovun imzaladığı təlimata və qüvvədə olan qanunvericiliyə əsasən baş nazir və onun müavinləri, Senatın sədri və qanunvericilik palatasının spikeri, Ombudsman, baş prokuror, Mərkəzi bankın sədri və müavinləri, yerli icra strukturlarının rəhbərləri və digər məmurların xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır.
Bir az aşağı səviyyəli məmurlar isə səfərlərini Nazirlər Kabinetinin razılığı ilə xarici ölkələrə səfər edə bilərlər.
Bundan əlavə olaraq, Konstitusiya Məhkəməsinin hakimləri və digər instansiya məhkəmələrinin hakimləri, rektorlar, prorektorlar, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanlarının, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əməkdaşlarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakı isə Prezident Aparatının müvafiq strukturları ilə razılaşdırılmalıdır.


 
   
   
   
   
  