Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:57 | 1 iyul 2022 | Cümə
Məqaləyə 1420 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi rusiyalı iş adamı Süleyman Kərimovla əlaqəsi olan “Heritage Trest”i bloklayıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Delaver ştatında qeydiyyatdan keçmiş trest Kərimovun ABŞ-dakı 1 milyard dollardan çox olan aktivlərini idarə edir.
“Heritage Trest” 2017-ci ilin iyulunda, Süleyman Kərimovun ABŞ-ın sanksiyalar siyahısına salınmasından əvvəl yaradılıb. Ona Kərimovla əlaqəli iki xarici şirkət vasitəsilə vəsait daxil olub. Daha sonra ABŞ Xəzinədarlığının bəyanatında deyilir ki, bu vəsaitlər ABŞ-ın böyük dövlət və özəl şirkətlərinə yatırılıb və bir sıra ABŞ investisiya firmaları və vasitəçiləri tərəfindən idarə olunub. Kərimov və onun müvəkkilləri, ABŞ Maliyyə Departamentinin bildirdiyinə görə, trestdə iştiraklarını gizlədərək əməliyyatlar aparmaq üçün saxta şirkətlərdən istifadə ediblər. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, genişmiqyaslı araşdırmanın nəticələrinə əsasən Kərimovla “Heritage Trest” arasında əlaqə tapmaq mümkün olub.
2021-ci ildə Rusiyanın “Forbes” jurnalı Süleyman Kərimov və ailəsinin sərvətini 15,8 milyard dollar (Rusiyanın ən varlı iş adamları siyahısında 10-cu yer) qiymətləndirib. 2008-ci ildən Dağıstandan Federasiya Şurasının üzvü olan Kərimov və onun ailə üzvləri “Polyus” qızıl mədən şirkətinin əsas sahiblərindəndir.
May ayında Fici Ali Məhkəməsi Kərimova məxsus olduğu iddia edilən 325 milyon dollarlıq “Amadea” superyaxtasına həbs qoyub. Daha sonra o, ABŞ-ın yurisdiksiyasına keçirilib və Honoluludakı dayanacağa göndərilib. Kərimov 2018-ci ilin iyulundan ABŞ-ın sanksiyaları altındadır. O, “xüsusilə Putinə yaxın olan” məmurlar və iş adamları siyahısına daxil edilib.