Rusiya “Sarmat”ı sınaqdan keçirdi
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
14:36 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1334 dəfə baxılıb
Şriftin ölçüsü
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
“Özbəkistan məsələsi düşünürəm ki, birmənalı deyil. Orada bir neçə faktor var. Rusiya Qaraqalpaq məsələsindən Özbəkistanın ərazi bütövlüyünə təhdidedici şəkildə istifadə etməyə qərar verdi”. Bunu iqtisadi, siyasi analitik Turab Rzayev deyib.
“Özbəkistan məsələsində birinci faktor odur ki, orada qaraqalpaqların çox geniş muxtariyyət hüquqları var. Bu hüquqa görə, onlar ayrıla, Özbəkistandan başqa dövlətə birləşə, Özbəkistanın tərkibində qala da bilərlər. Məhz onların əlindən indi bu hüququn alınması burada istənilən halda iğtişaşlara səbəb olub. Düşünürəm ki, burada mərkəzi hakimiyyətin də ehtiyatsızlığı var.
Kənar qüvvələrin ona təsir məsələsi də istisna edilmir. Burada Rusiyanın çox böyük təsirinin olduğu ehtimal edilir. Çünki Rusiya mayın əvvəllərində Özbəkistanı KTMT-yə dəvət etdi. Bundan əvvəl də xatırlayırsınızsa, Qazaxıstan hadisələri dövründə Belarus prezidenti A.Lukaşenko da Özbəkistanı KTMT-yə dəvət etmişdi. Aydın məsələdir ki, burada mesaj Özbəkistanın təşkilata qatılması idi.
Özbəkistan bunun əvəzində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi, Türkiyə ilə birgə hərbi müttəfiqlik müqaviləsi imzaladı, daha sonra Azərbaycanla birlikdə iqtisadi, siyasi və hərbi yaxınlaşma həyata keçirdi. Aydın məsələdir ki, Özbəkistan bu seçimdə məhz Rusiyanın yaratdığı İttifaqdan daha çox müəyyən qədər Türk İttifaqına meyl etməyə çalışdı.
Özbəkistanda Rusiyanın çox güclü dayağı var və ona görə, mən Özbəkistanın Rusiya ilə birbaşa qarşı-qarşıya gələcəyini düşünmürəm. Amma Özbəkistan özünə manevr üçün imkan yaratdı, - yəni Azərbaycan üzərindən Türkiyə ilə birlikdə Rusiyaya qarşı qoyacağı bir manevr imkanı yaratdı. Məhz bu məsələyə görə Qaraqalpaq məsələsindən Rusiya Özbəkistanın ərazi bütövlüyünü təhdidedici şəkildə istifadə etməyə qərar verdi. Necə ki, Azərbaycana qarşı Qarabağ, Gürcüstana qarşı Abxaziya və Osetiya, Ukraynaya qarşı Krım, Moldovaya qarşı Dnestrayanı kimi bu cür təhlükəli zonalar yaradaraq bizi təsir altında saxlamaq istəyir, Özbəkistana qarşı da Qaraqalpaq məsələsindən istifadə edir.
Amma indiki dövrdə Rusiyanın Özbəkistanı həddindən çox qarışdıracağını düşünmürəm. Çünki Moskva iğtişaşları çox alovlandırsa, açıq şəkildə Daşkəndi qarşısına almış olar və bununla da Özbəkistanı itirə bilər. İndiki halda Rusiya bir cəbhədə mübarizə aparır və ikinci cəbhədə bunun gücləndirilməsi Rusiyanın demək olar ki, həddən çox iştirakçılarını itirməsinə və zəifləməsinə gətirib çıxarardı.
Ona görə düşünürəm ki, Kreml Özbəkistanda Qaraqalpaq məsələsini mümkün qədər təmkin və sakit şəkildə həll etməyə çalışacaq, Özbəkistana sadəcə öz təsir rıçaqlarını, öz gücünü göstərdi və bununla qarışıqlıq yarada biləcəyini nümayiş etdirdi.
Özbəkistan çox önəmli fiqurdur. Özbəkistan Şərq-Qərb yolu üzərində - Çindən başlayıb Britaniyaya qədər uzanacaq bu yol üzərində çox önəmli bir mövqedə yerləşir və Özbəkistan olmadan bu yolun effektli çalışması mümkün deyil. Ona görə düşünürəm ki, Rusiya məhz Türkiyə-Azərbaycan-Türkmənistan-Özbəkistan xəttinin formalaşmasına icazə vermək istəmir, bunun üçün Özbəkistan üzərində xüsusi təzyiq yaradır”. (Milli.az)