Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:22 | 7 iyul 2022 | Cümə axşamı
Məqaləyə 906 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin yeni baş naziri Yair Lapidlə telefon danışığında İran təhlükəsi qarşısında İsraili tərəddüdsüz dəstəkləyəcəklərini bildirib. Naftali Benet hökumətində xarici işlər naziri olan Yair Lapid iyulun 1-dən İsrailin yeni hökumətinə rəhbərlik edir.
ABŞ İranın neft və neft-kimya ticarət şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən verilən açıqlamada, İranın neft və neft-kimya məhsullarının Şərqi Asiyaya satışında köməklik edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edildiyi bildirilir.
İranda yerləşən “Jam Petrochemical Company”, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda olan “Edgar Commercial Solutions FZE”, “Ali Almutawa Petroleum” və “Petrochemical Trading LLC”, “Petrokick LLC”, Honq Konqda qeydiyyatda olan “Lustro Industry Limited” və “Oligei International Trading Co” şirkətlərindən ibarət şəbəkənin yüz milyonlarla dollarlıq İran neftinin sanksiyalardan yayındırılaraq Şərqi Asiyada satışına yardım etdiyi üçün sanksiyaya məruz qalıblar.
ABŞ maliyyə nazirinin Terrorizmlə mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan E.Nelson deyib ki, İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyaların pozulmasının qarşısını almaq üçün tədbirlər görməkdə davam edəcəklər.
Bir neçə gün öncə İsrail qırıcıları Suriyadakı İran qüvvələrinə zərbə endirmişdi.
İran ətrafında hansısa layihələrin həyata keçirilməsinə hazırlıq getdiyi qənaəti hər ötən gün daha da güclənir.
İsrailin yeni baş naziri Yair Lapidin başçılıq etdiyi hökumət İran təhlükəsi ilə mübarizəni əsas vəzifəsi hesab edir. Yair Lapid baş nazir kimi ilk açıqlamasında İranın nüvə silahı əldə etməsinə heç bir şərtdə imkan verməyəcəklərini bildirib.
Azərbaycanın dostu Aviqdor Liberman yeni hökumətdə də təmsil olunur.