
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
“Twitter” sosial şəbəkəsində Urmiya gölünün xilası kampaniyası və dinc etirazlara çağırışlardan sonra bəzi İran rəsmiləri və parlament üzvləri gölün hökumət tərəfindən bərpası prosesi ilə bağlı açıqlamalar veriblər.
Urmiyanın İran parlamentindəki nümayəndəsi Ruhulla Həzrətpur öz “Twitter” hesabında yazıb: “Dünya Urmiya xalqının səsini eşitdi, amma dövlət adamları eşitmədi, Azərbaycan xalqı Urmiya gölü üçün qan verdi, prezidentlər həmişə seçkilərdə xalqdan sui-istifadə edib, Rəisi hökuməti əslində gölə bir rial büdcə də vermədi”.
İran televiziyası ilə söhbətində o, hökumətlərin Urmiya gölünün xilası məsələsindən Azərbaycan xalqına qarşı sui-istifadə etdiyini bildirib. Bununla onun dövlət başçılarının gölün canlandırması ilə bağlı təbliğat kampaniyalarında verdikləri və heç vaxt reallaşdırılmayan vədləri nəzərdə tutduğu güman edilir.
Mütəxəssislər yay mövsümün gəlişi və Urmiya gölündə buxarlanma sürətinin artması ilə əlaqədar gölün cənub hissəsinin sentyabrın sonuna kimi tamamilə quruya biləcəyini bildirirlər. İran Azərbaycanı vilayətlərində ətraf mühit fəalları və vətəndaşlar arasında gölün qurumasının nəticələri ilə bağlı narahatlığın artması ilə hökumətin gölü xilas etmək üçün tədbir görməməsi böyük narazılıq doğurub.
Cəmiyyətdə yaranan narahatlıq İranın dövlət mediası ilə yanaşı yerli və milli orqanların rəsmilərinin Urmiya gölü ilə bağlı şərhlər verməsinə səbəb olub.
Gölün canlandırma prosesi barədə İran İslam Respublikası Radio və Televiziyasına müsahibə verən İran parlamentində Urmiyanın nümayəndələrindən biri olan Ruhulla Həzrətpur deyib ki, “Mənim rəyimə görə, Urmiya gölü Canlandırma Mərkəzi gölün ölüm mərkəzidir”. Bununla da o, Urmiya gölünü Canlandırma Mərkəzinin performansını sərt şəkildə tənqid edib.
O, həmçinin rəsmi mənbələrə istinadən Urmiya gölünün qurumasının 18 faizinin təbii səbəblərdən və iqlim dəyişikliyi, qalan 82 faizin isə gölün su hövzəsinin su ehtiyatlarının düzgün idarə olunmaması ilə bağlı olduğunu bildirib.
Həzrətpur həmçinin bildirib ki, Urmiya gölünün Canlandırma Mərkəzi yaradılandan bəri gölün suyunun səviyyəsi 50 sm qalxıb ki, bu da yaz mövsümü ilə əlaqədardır və bu mövsümdə yağıntıların artması təsirli olub.
Urmiyanın İran parlamentindəki nümayəndəsi gölün ərazisinin demək olar ki, Tehran vilayətinin 7 qatı olduğunu və onun quruması halında, çox böyük bir ərazinin bir çox problemlərlə üzləşəcəyini bildirib. O həmçinin əlavə edib ki, bu məsələ sadəcə bölgədəki vilayətlərin problemi deyil və Tehrana qədər böyük ərazini öz təsiri altına alacaq.