Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:21 | 25 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 2266 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Nüfuzlu “The New York Times” dərgisində yayınlanan son məqalədə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ağ Ev administrasiyası üçün “başağrısına” çevrildiyi yazılıb. Səbəb nədir? Qəzet yazıb ki, ABŞ prezidenti Cozef Bayden yaşlı və az hərəkətlidir, bunun əksinə olaraq Rəcəb Tayyib Ərdoğan dinamikdir və onun fəallığı Qərbin maraqları ilə üst-üstə düşmür.
Vaşinqton Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır. Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin “soyuq müharibə” illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl Rusiya bu dövləti “qeyri-dost dövlətlər” siyahısına əlavə edib.
Ərdoğanın Baydendən fəal olmasına baxmayaraq, Türkiyə Cumhurbaşqanı üçün gələnilki prezident və parlament seçkiləri ağır keçəcək. Türkiyədə keçirdiyim son görüşlər və müşahidələrim əsasında gəldiyim qənaət budur ki, hakim partiya bu dəfə liderliyi əldə verə bilər. Türkiyədə qiymət artımı insanları narahat edir, vətəndaşların alım gücü azalıb. Bunun seçkinin nəticələrinə təsiri olacaq. Ərdoğanın neçə il öncə maraqlı ifadəsi var idi: “metal yorğunluq”, yəni Cumhurbaşqanı bu ifadə ilə partiyadaşlarını xəbərdar etmişdi ki, fəallaşmalı və vətəndaşların qəlbini yenidən qazanmaq lazımdır. Ərdoğan 20 il ərzində özünü və partiyadaşlarını seçkilərdə qəbələlərlə sevindirdi. Bu dəfə də bu mümkün olacaqmı? Türkiyədə söhbət etdiyim bəzi ekspertlər Ərdoğanın gələn ilin iyununu gözləmədən seçkini erkən tarixə, misal üçün bu ilin noyabr ayına təyin edə biləcəyi ehtimalının olduğunu da vurğulayırlar. Məqsəd qış aylarını gözləmədən indiki reytinqi qoruyaraq seçkiyə qatılmaqdır. Bütün hallarda noyabr və ya iyun ayı olsun, hakimiyyətə seçkidə səsləri qorumaq üçün iqtisadiyyatda dönüş yaratmaq lazımdır.