

Norveçin sabiq baş naziri 55 yaşlı Yens Stoltenberq NATO-nun baş katibi təyin olunub.
«Media forum» saytının məlumatına görə, yeni təyinatla bağlı qərar NATO-nun 28 mart iclasında qəbul olunub. Stoltenberq baş katib postunda Anders Foq Rasmusseni 2014-cü ilin oktyabrın 1-dən əvəz edəcək.