Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:09 | 27 oktyabr 2022 | Cümə axşamı
Məqaləyə 1846 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ-da rəsmi səfərdə olan İsrail prezidenti İshaq Hersoq Ağ evdə prezident Co Baydenlə görüşü zamanı bəyan edib ki, “İran bütün azad dünya üçün ən ciddi təhlükədir. Onun qarşısını biz birlikdə almalıyıq”. İsrail prezidenti İshaq Hersoqun bu bəyanatının açması bundan ibarətdir ki, İsrail İrana qarşı ABŞ-ın öncüllük edəcəyi koalisiyanın qurulmasını təklif edir. Belə görünür ki, İrana qarşı koalisiyanın yaradılmasına artıq start verilib.
NATO-nun İrana qarşı koalisiyada yer alması üçün ABŞ-ın bu prosesə qoşulması lazımdır. Digər tərəfdən bu proses beynəlxalq hüquq çərçivəsində olmalıdır. Buna görə də İsrail prezidenti İshaq Hersoq İranın Ukraynaya qarşı təcavüzdə iştirakını təsdiq edən sübutları ABŞ prezidentinə verib. İsrail bu məlumatları Ukraynaya da verib. Bu sübutlar İranın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğunu təsdiq edir. Sanksiyaları pozması isə İrana qarşı hərbi əməliyyatlar üçün hüquqi əsasdır.
İsrail prezidenti İshaq Hersoq Co Baydenin diqqətinə çatdırıb ki, oktyabrın 26-ı “hicabı səhv geyindiyi” üçün İran polisi tərəfindən öldürülən Məhsa Əmininin ölümünün 40-cı günüdür. İsrail prezidenti deyib ki, Məhsa Əminiyə qarşı baş verən sui-qəsd İran rejiminin cinayətkar mahiyyətinin növbəti sübutudur.
ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail olmasaydı, onu icad etmək lazım olardı.
İsrailə Ukrayna arasında da artıq əməkdaşlıq başlayıb. Bu isə İrana qarşı geniş koalisiyanın yaranacağı ehtimalını kəskin artırır.
Belə bir fikir də var ki, İranın zərərsizləşdirilməsi Rusiya üçün Ukraynadakı hərbi məğlubiyyətdən daha böyük təsirə səbəb olacaq.