İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
09:15 | 8 dekabr 2022 | Cümə axşamı
Məqaləyə 1247 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müdafiə büdcəsinin yekun mətnindən Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran bəndlərin çıxarılması ilə bağlı ABŞ-ın mühüm NATO müttəfiqinin müdafiə ehtiyaclarını ödəməyə hazır olduğunu bildirib.
Gündəlik mətbuat konfransında dəyərləndirmələr edən Prays, müdafiə büdcəsini də ehtiva edən 2023-cü il Milli Müdafiə İcazəsi Qanunundan Türkiyəyə F-16 satışı ilə bağlı məhdudlaşdırıcı şərtləri çıxarması istəndi.
“Əlbəttə, Türkiyə NATO-nun mühüm müttəfiqi, təhlükəsizlik üzrə mühüm tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi nəhəng təhlükələrlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”, – deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin yayda Madriddə keçirilən NATO Zirvə toplantısında görüşdükləri zaman bu məsələni müzakirə etdiklərini bildirən Prays daha aşağı səviyyələrdə də müzakirələr aparıldığını və ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı Konqresdə danışdığını qeyd edib.
Yunanıstanlı bir jurnalist yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınan Nyu-Cersi senatoru Bob Menendezə Türkiyəyə “F-16” satışının qarşısını alacağını soruşduqda, Prays Türkiyənin mühüm NATO tərəfdaşı olduğunu və NATO-da ən çox təhlükə ilə üzləşən ölkədir cavabını verib.
“Əlbəttə, biz Türkiyənin NATO-nun mühüm müttəfiqi rolunu davam etdirməsi üçün lazım olan müdafiə qabiliyyətinə malik olmasını təmin etməyə çalışırıq”, – Prays bildirib.
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Yunanıstana hücum edəcəklərini söylədi. Buna icazə verəcəksinizmi” sualına “Biz NATO müttəfiqlərimiz arasında istənilən mübahisənin diplomatik yolla həllini istəyirik. Yunanıstan və Türkiyə mühüm müttəfiqimizdir”, – cavabı verilib.