vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
Polşada partlayış 18:09 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 485 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşada partlayış

Yaşayış binasına ciddi xəsarət görüb, yaralılar var

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşanın cənubundakı Tıçi şəhərində təbii qaz partlayışı baş verib. Günorta saatlarında mənzildə baş verən hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Xeyli mənzilə ziyan dəydiyi binadan 23 nəfər təxliyə edilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışdan sonra döyüş meydanına çevrilən bəzi mənzillərdə dağıntılar altında kimsənin qalıb-qalmadığını müəyyən etmək üçün yanğınsöndürənlər axtarış-xilasetmə itlərindən istifadə edib. Ciddi ziyan dəymiş binanın yaşayış üçün yararlı olub-olmaması ekspertlər tərəfindən aparılan araşdırmadan sonra müəyyənləşəcək.